Nensi Pelosi Tayvandan ayrılıb - Yenilənib
Tarix: 03-08-2022 14:48 | Bölmə: Xəbərlər
Nensi Pelosi Tayvandan ayrılıb

Çinin sərt etirazlarına baxmayaraq, dünən Tayvana səfər edən ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi bu dəqiqələrdə adadan ayrılır.

Reyting.az
xəbər verir ki, onu Tayvanın yüksək çinli rəsmiləri təntənə ilə yola salırlar.

Pelosi hava limanında açıqlama verərək, bir daha Tayvanın yanında olduqlarını deyib.

***

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin təyyarəsi Tayvanın hava məkanını tərk edib.

Reyting.az
xəbər verir ki, bu barədə məlumat “Flightradar24” resursunda öz əksini tapıb.

Qeyd edək ki, Nensi Pelosinin adaya səfərindən öncə Çin ziyarətin baş tutacağı təqdirdə “effektiv güc tədbiri” görəcəyini bildirmişdi. Amerikalı siyasətçinin təyyarəsi paytaxt Taybeyə enəndən sonra isə Çin Xalq Azadlıq Ordusu ada ətrafında hərbi təlimlərə başladığını, təlimlərdə nüvə başlığı olmayan raketləri sınaqdan keçirəcəyini elan edib. Bununla belə, Nensi Pelosi saat 14:00-da heç bir əngəl olmadan adanı tərk edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}