07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Azərbaycan Ukraynaya humanitar yardım göndərib
Tarix: 03-08-2022 16:34 | Bölmə: Xəbərlər
Azərbaycan Ukraynaya humanitar yardım göndərib

"Azərbaycan və Ukrayna arasında uzunmüddətli dostluq əlaqələri var. Bu gün gəncəlilər Ukrayna xalqına humanitar yardım göndərir".

Bu barədə məlumatı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısın müavini Adil Tağıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Gəncənin Ukraynanın bir çox şəhərləri, sənayə müəssisələri, mədəniyyət mərkəzləri ilə geniş əlaqələri var: “Bu əlaqələr xətti üzrə köməyə ehtiyac barədə istəkləri olub. Biz qədirbilən, dostsevən gəncəlilər bu çağırışa biganə qala bilməzdik. Ona görə bu gün Gəncə adından 35 ton, əsasən ərzaq məhsulları olmaqla Ukraynaya humanitar yardım göndərilir”.

***

Qardaşlaşmış və tərəfdaş şəhərlər xətti ilə Ukrayna şəhərləri tərəfindən edilmiş müraciətlərə cavab olaraq Bakı və Gəncə şəhərləri Ukrayna xalqına ərzaq məhsullarından ibarət humanitar yardım göndərib.

Reyting.az
xəbər verir ki, Polşanın Varşava hava limanına təyyarə ilə çatdırılacaq humanitar yük bu gün saat 16:30-da Ukraynanın ölkəmizdəki səfiri, Bakı və Gəncə şəhərləri icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}