16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Çağırışçı yalnız üç ay gənc əsgər sayıla bilər
Tarix: 04-08-2022 15:25 | Bölmə: Xəbərlər
Çağırışçı yalnız üç ay gənc əsgər sayıla bilər

"Sosial şəbəkədə müzakirə aparan şəxslərin özləri də bilmir ki, gənc əsgər kimə deyirlər. Dörd ay hərbi xidmətdə olan şəxs gənc əsgər hesab edilmir. Bu təkcə bizdə deyil, bütün ölkələrdə belədir”.

Reyting.az
xəbər verir ki, bunu hərbi ekspert Şair Ramaldanov sosial şəbəkələrdə gənc əsgərlərin döyüş bölgəsinə aparılması ilə bağlı ittihamlara cavabında deyib.

Ş. Ramaldanovun sözlərinə görə, ümumiyyətlə, Azərbaycan Ordusunda əsgərlərimiz üç ay müddətdən sonra öz vəzifələrini icra edirlər. Yalnız üç ay ərzində onlar gənc əsgər sayıla bilərlər.

Hərbi ekspert diqqətə çatdırıb ki, ali məktəbi bitirən çağırışçılarımız bir il hərbi xidmət keçməlidir: “Əgər dörd ay ərzində o, gənc əsgərdirsə, onda əsgər nə vaxt olacaq? Yəni bu, bir az məntiqsiz yanaşmadır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}