17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
SOCAR-ın departament direktoru vəzifədən azad edilib
Tarix: 06-08-2022 08:32 | Bölmə: Xəbərlər
SOCAR-ın departament direktoru vəzifədən azad edilib

SOCAR-ın Təchizat və Satınalmalar Departamentinin direktoru Mehman Əkbərov vəzifəsindən çıxarılıb.

Reyting.az
xəbər verir ki, bu barədə "Təzadlar"a SOCAR-dakı mənbə bildirib.

“Neftçilərin Hüquqlarının Müdafiəsi” İB-nin sədri Mirvari Qəhrəmanlı da bu barədə məlumat aldığını deyib: “Təşkilatımıza SOCAR-ın Təchizat və Satınalmalar Departamentinin fəaliyyəti və bu departamentin direktorunun, eləcə də onun müavinlərinin korrupsiya fəaliyyəti barədə şikayətlər daxil olurdu. Bu gün də təşkilatımıza oxşar məlumatlar və sənədlər göndərilir, tərəfimizdən araşdırmalar gedir...”.

Mirvari Qəhrəmanlı əlavə edib ki, SOCAR prezidenti Rövşən Nəcəf doğru qərar qəbul edərək Mehman Əkbərovu vəzifədən kənarlaşdırıb: “Yəqin ki ardınca departamentin əsas korrupsionerlərindən olan Fuad Həziyev və digərləri də vəzifəsindən çıxarılacaq, barələrində araşdırmalar aparılaraq cinayət işi də başlanılacaq... İstintaqa kömək etməyə hazırıq...".

Qeyd olunur ki, Mehman Əkbərov SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayevin bacanağıdır.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}