Sabah Bakı və bəzi rayonlara yağış yağacaq - Proqnoz
Tarix: 06-08-2022 12:12 | Bölmə: Xəbərlər
Sabah Bakı və bəzi rayonlara yağış yağacaq

Avqustun 7-ə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-33° isti, Bakıda gecə 23-25° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunudan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 21-36° isti, dağlarda gecə 9-14° isti, gündüz, 18-23° isti olacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}