“Azərlotereya” hesabat verməkdən yayınır
Tarix: 08-08-2022 11:14 | Bölmə: İqtisadiyyat
“Azərlotereya” hesabat verməkdən yayınır

Ölkəmizdə "Azərlotereya" ilə bağlı müəmmalı vəziyyət davam edir.

Reyting.az
Dünya İnformasiya Agentliyinə (DİA) istinadla bildirir ki, "Azərlotereya"nın satdığı biletlər üzrə uduş fondunun nə qədər olması barədə hələ də maliyyə hesabatı verilmir.

Qeyd olunur ki, əksər ölkələrdə satılmış biletlər üzrə keçirilən lotoreya oyunlarının tirajı haqqında istehlakçılara şəffaf bilgilər verilsə də, “Azərlotereya” belə məlumatları verməkdən yayınır. Ümumiyyətlə, heç bir dövlət qurumundan bu barədə bilgi almağın mümkün olmadığı bildirilir. Bu da ilk növbədə uduş fondları ilə bağlı ciddi şübhələrin yayılmasına səbəb olub.

İddia olunur ki, “Azerlotereya” ASC-nin rəhbərliyində baş verən kadr dəyişiklilərindən sonra, müəyyən şəxslər bu sahəni tamamilə öz inhisarlarına almağa çalışırlar. DİA-nın mənbəyi iddia edir ki, hazırda ölkə üzrə lotoreya biletlərinin satışında əsas söz sahiblərindən biri “Caspian Ticket”in rəhbəri Cahangir Fərəcullayevdir. İqtisadiyyat naziri Mikayıl Cabbarovun yaxın dostu kimi təqdim edilən Cahangir Fərəcullayev qeyri-rəsmi olaraq “Azerlotereya”ya nəzarət etməyə və bu sahəni tamamilə öz inhisarına almağa çalışır.

Reyting.az “Azerlotereya”nın və C. Fərəcullayev mövqeyinə hörmətlə yanaşır, onların fikirlərinə yer ayırmağa hazırdır.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}