17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
"Neftçi" Konfrans Liqası ilə vidalaşıb
Tarix: 12-08-2022 01:09 | Bölmə: Xəbərlər
"Neftçi" Konfrans Liqası ilə vidalaşıb

Avstriyada "Rapid" (Vyana) və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu keçirilib.

Reyting.az
 xəbər verir ki, "Allianz" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayıb.

Oyunda 66-cı dəqiqədə "Rapid" hesabı açıb - 1:0.

Qarşılaşmanın əsas vaxtı bu hesabla bitdiyi üçün oyuna əlavə vaxt təyin olunub.

Çünki Bakıdakı görüşdə "Neftçi" 2:1 hesabı ilə qalib gəldiyi üçün ümumi hesabda tarazlıq yaranıb.

Əlavə vaxtın 113-cü dəqqiəsində isə "Rapid" 2-ci qolu da vurub - 2:0.

Oyun bu hesabla başa çatıb və "Rapid" növbəti mərhələyə vəsiqə qazanıb. "Neftçi" isə UEFA Konfrans Liqası ilə vidalaşıb.

Qeyd edək ki, "Rapid" pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}