16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Şabranda gülü yanğın başlayıb - Yenilənib
Tarix: 15-08-2022 17:01 | Bölmə: Xəbərlər
Şabranda gülü yanğın başlayıb

Şabran rayonunun ucqar Dağbilici kəndində yanğın başlayıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, dağlıq ərazidə biçilmiş əkin sahələri yanır. Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları ilə bərabər ətarf rayonlardan da texnika cəlb olunub.

Yanğının Mumlu və Qazma kənlərinə keçdiyi və yaşayış evləri üçün təhlükənin olduğu bildirilir. Bəzi ərazilərdə əhaliyə məxsus ot tayaları və yardımçı binalar da yanıb.

Güclü külək alovun qarşısını almağa mane olur.

***

Reyting.az “Report”a istinadla xəbər verir ki, rayonun Dağbilici kəndində meşə və otlaq ərazilərdə başlayan yanğının miqyası genişlənərək evlərə də keçib.


İlkin məlumata görə, kənd ərazisində 3 evə zərər dəyib.

Meşə massivindəki yanğın yaxınlıqda olan kənd üçün bir sıra təhlükə yaratmaqdadır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}