16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
22 il əvvəl baş vermiş ağır cinayətin üstü açılıb
Tarix: 16-08-2022 09:16 | Bölmə: Xəbərlər
22 il əvvəl baş vermiş ağır cinayətin üstü açılıb

Əvvəlki illərdən bağlı qalmış daha bir cinayət əməlinin üstü açılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildiriblər.

Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci fevral ayında Gəncə şəhər sakini Solmaz Yolçuyevaya məxsus evə quldurluq məqsədi ilə daxil olaraq xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ev sahibini öldürməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elsevər Məmmədov saxlanılıb. Onun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlub olub ki, saxlanılan şəxs cinayəti Xəyal Səfərov (vəfat edib) və Arzu Hacıyevlə birlikdə törətdiblər.

Dindirilmə zamanı E. Məmmədov qətlə yetirilən şəxsin evində 30.000 ABŞ dolları olması barədə məlumat əldə ediklərini cinayəti törətdikdən sonra isə evədən cəmi 220 ABŞ dolları və bir qızıl üzük aparmalarını etiraf edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}