Vilayət Eyvazov tanınmış idmançını rəis təyin edib
Tarix: 21-09-2022 13:28 | Bölmə: Xəbərlər
Vilayət Eyvazov tanınmış idmançını rəis təyin edib

Tanınmış idmançı Eduard Məmmədov Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Bu barədə idmançının özü məlumat verib.

O bildirib ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, DİN-in İdman Cəmiyyətinin sədri polis polkovniki Zemfira Meftahətdinovadır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}