Türkiyənin səhiyyə naziri Şuşaya səfər edib
Tarix: 23-09-2022 11:43 | Bölmə: Xəbərlər
Türkiyənin səhiyyə naziri Şuşaya səfər edib

Azərbaycanda səfərdə olan Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Şuşaya səfər edib.

Reyting.az
xəbər verir ki, Türkiyənin səhiyyə naziri Şuşada işğalın ağır nəticələri ilə tanış olub.

Fəxrəddin Qoca Şuşa Rayon İcra Hakimiyyətinin qarşısındakı “Güllələnmiş heykəlləri” ziyarət edib, Cıdır düzündə olub.

Fəxrəddin Qoca Şuşanın tezliklə əvvəlki tarixi görkəminin bərpa olunacağına əminliyini ifadə edib.

Səfər zamanı Fəxrəddin Qocanı Azərbaycanın səhiyyə naziri Teymur Musayev, Türkiyə səfiri Cahit Bağçı müşayiət edib.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}