Uyğur türkləri etiraz akisyası keçirir - Foto
Tarix: 26-11-2022 18:22 | Bölmə: Xəbərlər
Uyğur türkləri etiraz akisyası keçirir

Çinin Sincan şəhərində karantinə alındığı iddia edilən mənzildə baş verən yanğında 10 nəfər həyatını itirdikdən sonra yerli hökumət binasının yerləşdiyi meydanda və şəhərin digər ərazilərində etiraz aksiyaları keçirilib. Bu barədə görüntülər sosial mediada yayılıb.

Reyting.az
-ın xəbərinə görə, hadisə Çində COVİD-19 tədbirlərinə qarşı artan iğtişaşlar fonunda baş verir.

Sosial mediada paylaşılan videolardan görünür ki, Sincan Uyğur Muxtar Bölgəsinin mərkəzi Urumçi şəhərində hökumət binasının yerləşdiyi meydana toplaşan insanlar karantin tədbirlərinə etiraz edir, müxtəlif şüarlar səsləndirir, şəhərin müxtəlif yerlərində çoxlu sayda vətəndaş bayraqlarla küçələrdə gəzir. Etirazçıların əlində “Karantinə son verin!”, “Xalqa xidmət edin!”, “Öləcəyiksə, gəlin birlikdə ölək!” şüarları yazılmış plakatlar olub.

Qeyd edək ki, yanğının baş verdiyi mənzilin sakinlərinin karantin rejimi ilə əlaqədar evlərini tərk edə bilmədikləri, yanğınsöndürənlərin metal sədlər və şlaqbaumlarla əhatə olunmuş kompleksə daxil ola bilmədikləri, yanğına vaxtında müdaxilə olunmadığını iddia edilir.



Ötən gün axşam saatlarında Tianshan rayonunda yaşayış kompleksində bir mənzildə elektrik sızmasından başladığı ehtimal edilən yanğında 10 nəfər ölüb, 9 nəfər yaralanıb. Mənzilin 15-ci mərtəbəsində başlayan yanğın 17-ci mərtəbəyə keçib, tüstü isə 21-ci mərtəbəyə çatıb.

Sosial şəbəkələrdə yayılan vedolarda yanğınsöndürənlərin yanğını 3 saata yaxın müddətdə söndürdüyü, yaşayış kompleksinə daxil olmayan yanğınsöndürən maşınının səpdiyi təzyiqli suyun binaya çatmadığı görünür.

Səlahiyyətlilər mətbuat konfransında mənzilin yerləşdiyi ərazinin yanğın zamanı sakinlərin çölə çıxa bilməsi üçün “az riskli” epidemiyaya qarşı mübarizə zonası olduğunu iddia edərkən, sosial şəbəkə istifadəçiləri ərazinin qeyri-sağlam olduğunu göstərən paylaşımlar ediblər.

Sosial şəbəkələrdə paylaşılan və yanğın baş verdiyi mənzilin sakinlərinə göndərildiyi iddia edilən qeyddə noyabrın 21-də mənzildə müsbət hallara rast gəlindiyi, vətəndaşların 3 gündür evdən çıxa bilmədiyi görünür. Bundan əlavə, mənzillərin qapılarının tutacaqlarının polad məftillərlə bağlandığını göstərən bəzi fotolar da paylaşılıb.

Xatırladaq ki, Urumçidə COVİD-19 hadisələri ilə əlaqədar avqustun 10-dan şəhərin müxtəlif yerlərində qismən karantin tətbiq edilib. Keçən ay Urumçi və Sintsziyanın digər şəhərlərində uzun sürən karantin proseslərinin yaratdığı problemlərlə bağlı şikayətlər sosial mediada öz əksini tapıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}