Ukraynanın bir sıra bölgələrinə raket hücumu olub
Tarix: 27-11-2022 11:32 | Bölmə: Xəbərlər
Ukraynanın bir sıra bölgələrinə raket hücumu olub

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərini yenidən raket atəşinə məruz qoyub.

Reyting.az
xəbər verir ki, bu gün səhər saat 8:20-yə olan məlumata görə, Krivoy Roq hərbi mülki administrasiyasının rəhbəri Aleksandr Vilkul sakinləri sığınacaqlarda qalmağa çağırıb.

A. Vilkul bildirib ki, Rusiyanın atdığı iki raket nəqliyyat infrastrukturu obyektinə düşüb və ciddi ziyanla nəticələnib.

Poltava, Çerkassı, Dnepropetrovsk, Zaporojye, Kirovoqrad və Luqansk vilayətlərində də vəziyyət gərgin olaraq qalır.

Gecə saatlarında ruslar Dnepropetrovsk vilayətinin Nikopol rayonuna “Qrad” raketlərindən və ağır artilleriyadan atəş açıblar. Hava hücumu təxminən 9 saat davam edib.

Bundan əlavə, noyabrın 27-nə keçən gecə rus işğalçıları Zaporojye ətrafına raket zərbələri endiriblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}