07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Ordumuzun mövqeləri dörd istiqamətdə atəşə tutulub
Tarix: 27-11-2022 18:00 | Bölmə: Xəbərlər
Ordumuzun mövqeləri dörd istiqamətdə atəşə tutulub

Noyabrın 27-si saat 15:45-dən saat 16:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bundan başqa, noyabrın 27-si saat 11:30-dan 16:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam, Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqeləri də yenidən atəşə tutulub: "Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}