DÇ-2022: Mərakeş Belçika yığmasını məğlub edib
Tarix: 27-11-2022 19:00 | Bölmə: Xəbərlər
DÇ-2022: Mərakeş Belçika yığmasını məğlub edib

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub.

Reyting.az
xəbər verir ki, günün ikinci matçında F qrupunda Belçika və Mərakeş komandaları üz-üzə gəliblər.

Mərakeş rəqibini 2:0 hesabı ilə üstələyib. 73-cü dəqiqədə Abdelhamid Sabiri, 90+2-ci dəqiqədə isə Zakariya Abuhlyal fərqlənib.

Afrika təmsilçisi xallarının sayını dördə çatdırıb və liderliyə yüksəlib. Belçika üç xalla ikinci, Xorvatiya bir xalla üçüncü sıradadır. Xalı olmayan Kanada seçməsi sonuncu yerdədir.

Qrupun digər görüşündə Xorvatiya Kanada ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}