07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
DŞ-2022: Avstraliya və Fransa növbəti mərhələyə çıxıb
Tarix: 30-11-2022 21:01 | Bölmə: Xəbərlər / İdman
DŞ-2022: Avstraliya və Fransa növbəti mərhələyə çıxıb

Bu gün Dünya çempionatında D qrupunun son turunda Avstraliya -Danimarka və Tunis -Fransa yığmaları üz-üzə gəliblər.

Reyting.az x
əbər verr ki, Bakı vaxtı ilə saat 19:00-da başlayan Danimarka- Avstraliya oyununda qitə ölkəsi minimal hesabla qalib gələrək adını pley-offa yazdırıb.

"Yaşıl qitə" təmsilçisinə qələbə qazandıran qolu 60-cı dəqiqədə Mettyu Leki vurub.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Avstraliya seçməsi Fransadan sonra qrup ikincisi kimi növbəti mərhələyə adlayıb.

Komanda bu raundda C qrupunu ilk sırada bitiran yığma ilə qarşılaşacaq.

Onu da qeyd edək ki, Tunis - Fransa oyununda hesabı 58-ci dəqiqədə Afrika təmsilçisindən Vəhbi Xəzri açıb. Əsas vaxta əlavə olunmuş 8-ci dəqiqədə isə Antuan Qrzimann yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran Fransa seçməsi 1/8 finala birincisi kimi yüksəlib Avropa təmsilçisi bu mərhələdə C qrupunun ikincisi ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya və Braziliya yığmaları 1/8 finala vəsiqə qazanıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}