AXCP fəalına həbs cəzası verilib - Foto
Tarix: 01-12-2022 21:53 | Bölmə: Xəbərlər
AXCP fəalına həbs cəzası verilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin fəalı Elnur Həsənov həbs edilib.

Reyting.az
xəbər verir ki, bu barədə AXCP məlumat yayıb.

Bildirilir ki, E. Həsənova 30 sutka inzibati qaydada həbs cəzası verilib.

AXCP fəalın həbsinin səbəbini sosial şəbəkələrdəki paylaşımları ilə əlaqələndirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev “Turan”a açıqlamasında Elnur Həsənovun həbsini təsdiqləyib. Lakin o, E. Həsənovun həbsində siyasi səbəb görmür.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}