Bakı sakininin bank hesabından 5000 manat oğurlanıb
Tarix: 03-12-2022 10:48 | Bölmə: Xəbərlər
Bakı sakininin bank hesabından 5000 manat oğurlanıb

Bakının Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə Biləcəri qəsəbəsində yaşayan bir nəfərin bank hesabından 5000 manatın oğurlanması barədə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər.

Məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Abşeron rayon sakini Taleh Əliyev müəyyən olunaraq saxlanılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}