16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bakıda çoxmərtəbəli binada yanğın olub
Tarix: 04-12-2022 09:37 | Bölmə: Xəbərlər
Bakıda çoxmərtəbəli binada yanğın olub

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda yerləşən çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumat əsasında dərhal Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onaltımərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən taxta konstruksiyalı tikilidə baş verdiyi və genişlənərək mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq FHN qüvvələrinin həyata keçirdiyi operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənib mənzillərə keçməsinə imkan verilməyib.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}