14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Kəlbəcərdə azərbaycanlı və ermənilər arasında dava olub
Tarix: 04-12-2022 19:06 | Bölmə: Xəbərlər
Kəlbəcərdə azərbaycanlı və ermənilər arasında dava olub

Kəlbəcər rayonunun hazırda rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Qozlukörpü (ermənilər adını Ketavan qoyub) kəndində azərbaycanlılarla ermənilər arasında dava düşüb.

Reyting.az
xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Bildirilir ki, dekabrın 4-də Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycan yük avtomobillərinin karvanının Suqovuşan-Kəlbəcər marşrutu üzrə hərəkəti növbəti dəfə təşkil edilib.

Karvan yük maşınlarından və bir minik avtomobilindən ibarət olub, içərisində də mülki geyimli dörd azərbaycanlı olub.

Kəlbəcər rayonunun Qozlukörpü kəndinin ərazisində karvan texniki səbəblərdən dayanıb və maşındakı azərbaycanlılar yerə düşüblər. Kənddə onlarla erməni gənclər arasında mübahisə yaranıb və nəticədə dava düşüb.

Hadisə iştirakçıları yüngül bədən xəsarətləri alıb, azərbaycanlıların minik avtomobilinə ziyan dəyib.

Yeri gəlmişkən, bu informasiya hələ rəsmi şəkildə öz təsdiqini tapmayıb.(Bizim.Media)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}