Toğanalı-Kəlbəcər yolunda hərəkət dayanıb
Tarix: 05-12-2022 23:38 | Bölmə: Xəbərlər
Toğanalı-Kəlbəcər yolunda hərəkət dayanıb

Toğanalı-Kəlbəcər yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, yolun bağlanmasına səbəb ötən gündən yağan qarın buz bağlaması nəticəsində MAN markalı yük avtomobilinin sürüşməsi olub. Yük maşının yolun mərkəzi hissəsində hərəkətsiz qalması hərəkəti dayandırıb.

Hazırda müvafiq qurumların əməkdaşları əraziyə cəlb olunub. Hərəkətin bərpa olunması istiqamətində işlər aparılır. Qeyd edək ki, sözügedən yol artıq buz bağlayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}