Blinken: Putin diplomatiya nağılları uydurur...
Tarix: 18-01-2023 08:44 | Bölmə: Xəbərlər / Dünya
Blinken: Putin diplomatiya nağılları uydurur...

ABŞ-ın Dövlət katibi Entoni Blinken Ukraynaya dair danışıqlar prosesinin bərpasına Rusiyanın Kiyevə yersiz tələblərinin mane olduğunu deyib.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, ABŞ-ın Dövlət katibi Böyük Britaniyalı həmkarı Ceyms Kleverli ilə birgə mətbuat konfransında maraqlı açıqlama verib. Onun sözlərinə görə, Moskvanın Kiyevdən “yeni ərazi reallığını” etiraf etmək tələbi danışıqlar prosesini nizamlamağa imkan vermir:

“Kiyev və Vaşinqtondan fərqli olaraq, Rusiya sülh diplomatiyasında maraqlı olduğu barədə nağıllar uydurmağa və onları yeritməyə çalışır. Aydın məsələdir ki, bu, həqiqətə qəti uyğun deyildir”.

ABŞ Dövlət departamentinin başçısı Rusiya prezidenti Vladimir Putinin “yeni ərazi reallığı” barədə sözlərinin sülh danışıqları üçün istinad nöqtəsi ola bilməyəcəyini vurğulayıb.

V. QULİYEV
Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}