16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bakıda mağazaya silahlı basqın olub
Tarix: 24-01-2023 09:20 | Bölmə: Xəbərlər
Bakıda mağazaya silahlı basqın olub

Bakıdakı mağazalardan birinə silahlı basqın edilib.

Reyting.az
-ın məlumatına görə, hadisə yanvarın 22-si saat 20 radələrində paytaxtın Xətai rayonu, X. Rüstəmov küçəsi, 23 saylı ünvanda baş verib.

Şəxsiyyəti istintaqla məlum olmayan şəxs əvvəlcə mağazaya müştəri kimi daxil olub. Daha sonra mağazada satıcı işləyən İsmayılova Gülçöhrə Səxavət qızına həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib, onu, silah qismində istifadə etdiyi bıçaqla vuracağı ilə hədələyib. Həmin şəxs içərisində 160 manat olan 25 manat dəyərində çantanı və kassadakı 30 manatı götürərək ərazidən uzaqlaşıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məclləsinin 181.1-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}