14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Bayden: "Ukrayna əks-hücuma hazırlaşır"
Tarix: 25-01-2023 21:33 | Bölmə: Xəbərlər
Bayden: "Ukrayna əks-hücuma hazırlaşır"

“Ukrayna ordusu əks-hücum əməliyyatları keçirməyə hazırlaşır”.

Bu barədə ABŞ prezidenti Cozef Bayden bildirib.

“Yaz yaxınlaşdıqca Ukrayna qüvvələri tutduqları ərazinin təhlükəsizliyini təmin etməyə çalışır və əlavə əks-hücumlara hazırlaşır. Ərazilərini azad etmək üçün onlar qısa müddət ərzində Rusiya taktikasına və döyüş meydanı strategiyasına qarşı çıxa bilməlidirlər”-deyə, Bayden əlavə edib/Report.

Eyni zamanda Bayden Ukraynaya 31 “Abrams” tankının tədarük ediləcəyini açıqlayıb: “Bu gün mən bəyan edirəm ki, ABŞ Ukraynaya 31 Abrams tankı göndərəcək. Tanklarının Kiyevə çatdırılması vaxt aparacaq, lakin Birləşmiş Ştatlar tez bir zamanda Ukrayna hərbçilərini hazırlamağa başlayacaq”.

Reyting.az-ın məlumatına görə, bu gün Almaniya, Polşa və Norveç də Ukraynaya tank göndərəcəklərini rəsmən açıqlayıbar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}