07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Ukrayna səmasında rusların daha 24 PUA-sı vurulub
Tarix: 26-01-2023 10:15 | Bölmə: Xəbərlər
Ukrayna səmasında rusların daha 24 PUA-sı vurulub

Bu gecə Ukrayna səmasında Rusiyanın daha 24 ədəd "Şahed-136/131" kamikadze pilotsuz uçan aparatı (PUA) məhv edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı “Facebook” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, xüsusilə, yanvarın 26-na keçən gecə ruslar İran istehsalı olan “Şahed-136/131” kamikadze PUA-ları ilə yenidən Ukraynaya hücuma keçiblər. PUA-larla hücum Azov dənizinin şərq sahillərindən başlayıb. İlkin məlumatlara görə, ruslar 24 “Şahed”dən istifadə edib və onların hamısı vurulub.

Kamikadze pilotsuz təyyarələrin böyük əksəriyyətinin ölkənin mərkəzində - hava komandanlığının məsuliyyət zonasında məhv edildiyi bildirilir.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}