Goranboyda qətl: 47 yaşlı qadın öldürülüb
Tarix: 26-01-2023 15:18 | Bölmə: Xəbərlər
Goranboyda qətl: 47 yaşlı qadın öldürülüb

Yanvarın 26-sı saat 14 radələrində Goranboy rayonunun Baxçakürd kəndi ərazisində 1976-cı il təvəllüdlü Sevinc Məmmədovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Reyting.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Atəş Ələkbərov saxlanılıb.

Qeyd edilib ki, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}