Tatarıstanın prezidenti bundan sonra Rəis adlanacaq
Tarix: 26-01-2023 18:12 | Bölmə: Xəbərlər
Tatarıstanın prezidenti bundan sonra Rəis adlanacaq

Tatarıstan Respublikasının Dövlət Şurası Rüstəm Minnixanovun vaxtından əvvəl prezident adından məhrum edilməsinə səs verib.

Reyting.az
xarici elektron resurslara istinadla xəbər verir ki, əvvəl elan olunmuş və 2025-ci ilədək uzanması nəzərdə tutulan keçid dövründən imtina edilib.

Bu barədə bu gün Tatarıstan parlamentinin serssiyasında qərar qəbul olunub. Sessiyada duputatlar, nəhayət, respublika Konstitusiyasına düzəliş layihəsinə baxıblar.

Respublikanın Ana qanununa dəyişikliyin qəbul edilməsi təklifi ilə Dövlət tikinti və yerli özünüidarəetmə üzrə regional komitənin sədri Albert Habibullin çıxış edib. O, 2025-ci il seçkilərini gözləməməyi, indidən Rüstəm Minnixanovun Tatarıstan prezidenti adından məhrum edilməsini və respublika rəhbərinin - Rəis çağırılması təklifini irəli sürüb. Yəni, deputatlar onun səlahiyyət müddətinin başa çatmasını gözləmədən belə bir qərara səs veriblər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}