07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Qazaxıstanda yeni miqrasiya qaydaları tətbiq edilib
Tarix: 27-01-2023 09:16 | Bölmə: Xəbərlər
Qazaxıstanda yeni miqrasiya qaydaları tətbiq edilib

Bu gündən etibarən Qazaxıstana gələn əcnəbilər yarım ildə respublika ərazisində maksimum 90 gün qala biləcək.

Reyting.az
yerli media resurslarına istinadla xəbər verir ki, Qazaxıstan hökuməti xarici ölkə vətəndaşlarının respublikada qalma müddəti ilə bağlı qaydalarda dəyişiklik edib. Yeni qaydalarda Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olan ölkələrin vətəndaşları üçün istisnalar nəzərdə tutulub.

Bu gündən etibarən qüvvəyə minən yeni miqrasiya qaydalarına uyğun olaraq, bundan sonra AİB vətəndaşları respublikada 180 gün ərzində 90 sutka, başqa ölkələrdən gələn əcnəbilər isə həmin müddətdə maksimum 30 sutka qala biləcəklər. Əvvəlki qaydalarda 6 aylıq məhdudiyyət müddəti nəzərdə tutulmamışdı və xarici ölkə vətəndaşları ölkədən çıxıb, geri qayıtmaqla Qazaxıstanda qalma müddətlərini dəfələrlə uzada bilirdilər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}