Bir ailənin iki üzvü dəm qazından zəhərlənərək ölüb
Tarix: 27-01-2023 09:48 | Bölmə: Xəbərlər
Bir ailənin iki üzvü dəm qazından zəhərlənərək ölüb

Tovuz rayonunda ər və arvad dəm qazından zəhərlənərək ölüblər.

Məlumata görə, hadisə yanvarın 26-da Bozalqanlı kəndində qeydə alınıb.

Bildirilir ki, həmin kənd sakinləri - 1951-ci il təvəllüdlü Qüdrətova Güllüzar Həsən qızı və onun həyat yoldaşı, 1952-ci il təvəllüdlü Qüdrətov Qulu İsfəndiyar oğlu yaşadığı evdə dəm qazından zəhərlənmə nəticəsində dünyalarını dəyişiblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}