16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İranda güclü zəlzələ: ölənlər və yaralılar var - Yenilənib
Tarix: 29-01-2023 16:20 | Bölmə: Xəbərlər
İranda güclü zəlzələ: ölənlər və yaralılar var

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində güclü zəlzələ baş verib. İlkin məlumata görə, zəlzələ nəticəsində 2 nəfər ölüb, 580-dən çox insan xəsarət alıb.

“Mehr” agentliyi bildirib ki, şəhərə dəyən ziyanın qiymətləndirilməsi üçün əraziyə işçi qrupu cəlb edilib.

Qeyd edək ki, daha öncə Tibb Elmləri Universitetinin təcili tibbi yardım mərkəzinin rəisi Fərzin Rzazadə təbii fəlakət nəticəsində 3 nəfərin öldüyünü açıqlasa da, regionun qubernatoru onun bu açıqlamasını təkzib edib.(Report)

***

İranın şimal-qərbində baş verən zəlzələ nəticəsində yaralıların sayı 973 nəfər çatıb.

Reyting.az
xəbər verir ki, bunu İranın Fövqəladə Hallar Təşkilatından bildiriblər.

Məlumata görə, zəlzələdən zərər çəkmiş 10 nəfər təcili əməliyyat olunub, 24 nəfər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}