Conson Putinlə söhbətinin detallarını açıqlayıb
Tarix: 30-01-2023 10:39 | Bölmə: Xəbərlər
Conson Putinlə söhbətinin detallarını açıqlayıb

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatlara başlaması ərəfəsində Putinə nə dediyini indi açıqlayıb.

Reyting.az
bildirir ki, bu barədə “The Telegraph” nəşri “Putin Qərbə qarşı” (Putin vs the West) üçseriyalı sənədli filmə istinadla yazıb.

Məqalədə qeyd olunur ki, Conson Putini Ukraynada xüsusi hərbi əməliyyatlara başlayacağı təqdirdə Qərbin ciddi sanksiyaları ilə üzləşə biləcəyi barədə xəbərdar edib.

Eks-baş nazirin sözlərinə görə, Rusiya lideri bir il əvvəlki “çox uzun və hədsiz dərəcədə gərgin telefon danışığı” zamanı xüsusi hərbi əməliyyatlar barədə xəbərdarlığına cavab olaraq, onu qorxutmağa çalışıb.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}