14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Çavuşoğlu: "Portuqaliya bizdən PUA almaq istəyir"
Tarix: 30-01-2023 13:28 | Bölmə: Xəbərlər
Çavuşoğlu: "Portuqaliya bizdən PUA almaq istəyir"

Bu gün Türkiyə xarici işlər naziri Çavuşoğlu Portuqaliyanın xarici işlər naziri Joao Gomes Cravinyo ilə birgə mətbuat konfransı keçirib.

Reyting.az
xəbər verir ki, nazirlər iki ölkə arasında əməkdaşlığın genişləndirilməsindən söz açıblar.

Çavuşoğlu qeyd eidb ki, Portuqaliya ilə dənizçilik sahəsində geniş əməkdaşlıq etməkdə qərarlıdırlar: "Portuqaliya ilə ticarət həcmimiz 3 milyard dollara yaxınlaşıb. Ciddi potensial var. Şirkətlərimiz də Portuqaliyaya ciddi sərmayələr qoymağa başlayıb. 1,6 avroluq investisiya məbləği var. Portuqaliya şirkətlərinin ölkəmizdəki sərmayələri 764 milyona çatdı, bu gün şirkətlərimizi səramyə qoymağa təşviq etməkdəyik".

Türk nazir daha sonra deyib ki, Portuqlıya Türkiyədən "bayraktar" PUA-ları almaq istəyir: "Artıq danışıqlar gedir. əgər sonluq müsbət bitərsə, Polşadan sonra bizim PUA-ları alan ikinci Avropa ölkəsi ünvanına Portuqaliya sahib olacaq".

E.ARAZ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}