14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Rəsmi Bakı Pakistana başsağlığı verib
Tarix: 30-01-2023 19:05 | Bölmə: Xəbərlər
Rəsmi Bakı Pakistana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana məsciddə törədilən terrora görə başsağlığı verib.

Reyting.az
xəbər verir ki, XİN-nin paylaşımında deyilir:

"Pakistanın Pişəvər şəhərində məsciddə törədilən terror aktı xəbəri bizi şoka saldı və kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Qardaş Pakistan İslam Respublikası ilə həmrəyik".

Xatırladaq ki, terrorda 45 nəfər ölüb, 160-dən çox yaralı var.

E. ARAZ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}