16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Alman qəzeti: “Türkiyə Ukrayna savaşının qalibidir”
Tarix: 31-01-2023 18:15 | Bölmə: Xəbərlər
Alman qəzeti: “Türkiyə Ukrayna savaşının qalibidir”

Ukraynada 11 aydır davam edən müharibə səbəbindən Qərb və Avroa ölkələri Rusiyaya çoxsaylı sanksiyalar tətbiq edib və ölkəni bu qadağalara uyğunlaşdırmağa çalışırlar. Türkiyə isə istər Ukrayna, istərsə də Rusiya ilə bərabər məsafə saxlayır.

Reyting.az
xəbər verir ki, Almaniyanın “Bild” qəzeti Türkiyənin atdığı addımları və Putinə qarşı sanksiyalardan Ərdoğanın necə faydalandığını araşdırıb.

Alman qəzeti Türkiyənin atdığı addımları “Ərdoğan Putinin sanksiyalarından belə faydalanır” başlığı ilə dərc edib.

Məqalədə yazılır ki, Türkiyə Avropa Birliyinə gedən Rusiya malları üçün bir mərkəzdir.

Qeyd olunur ki, Rusiya 2023-ci ildə Almaniyanı əvəzləyərək Türkiyənin ən böyük ticarət ortağı olacaq:

“Türkiyə Rusiyaya maşın və avadanlıq satışında Almaniyanı geridə qoyub”.

Məqalədə bildirilir ki, Türkiyə Ukrayna savaşının qalibidir. Qeyd olunur ki, yaranmış vəziyyət Avropa İttifaqı üçün narahatlıq mənbəyi olaraq qalır.

Eyni zamanda Rusiya vətəndaşlarına qarşı tətbiq edilən sanksiyalar səbəbindən Türkiyənin ruslar üçün ən əhəmiyyətli tətil məkanına çevrildiyi vurğulanır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}