14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Xəzərin Qazaxıstan sahili yanır - Foto
Tarix: 01-02-2023 00:13 | Bölmə: Xəbərlər / Cəmiyyət
Xəzərin Qazaxıstan sahili yanır

Qazaxıstanın Xəzər sahili Atırau bölgəsində yanğın ocaqları aşkar edilib.

Reyting.az
xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyi yanğınların baş verdiyi ərazidə havadan aviasiya kəşfiyyatı aparıb. FHN-nın mətbuat xidmətinin məlumatında Xəzərin sahilində yerləşən Atırau vilayətində dörd yanğın ocağının qeydə alındığı bildirilir.

Məlumatda deyilir ki, nazirliyin departamentinin əməkdaşlarından ibarət komissiya və yerli icra orqanları nümayəndələrinin birgə aerovizual araşdırmasından sonra yanğın ocaqlarının söndürülməsinə başlanılacaq.



ELÇİN




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}