Afrikalılar: “Diktator Makrona yox deyirik!”
Tarix: 01-02-2023 10:22 | Bölmə: Xəbərlər
Afrikalılar: “Diktator Makrona yox deyirik!”
Emmanuel Makron

Burkina-Faso vətəndaşları müstəmləkəçi Fransa ilə hərbi əməkdaşlığa son qoyulmasını dəstəkləyiblər.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, bununla bağlı Burkina-Fasonun paytaxtı Uaqaduquda təşkil olunmuş mitinqdə ölkə rəhbərliyinin Fransa ilə hərbi əməkdaşlığın dayandırılması ilə bağlı qərarına həmrəylik nümayiş etdirilib.

Uaqaduqunun baş meydanında keçirilən mitinqdə iştirakçılar əllərində “Rədd olsun imperializm!”, “Diktator Makrona yox deyirik!” şüarları yazılmış plakatlar, eləcə də Malinin prezidenti Assimi Qoitanın portretini tutublar. Çıxışlarda afrikalıların bir daha Qərbin müstəmləkə siyasətinə uymayacaqları ifadə olunub.

E. ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}