Dövlət Xidmətində yeni təyinat olub
Tarix: 01-02-2023 10:50 | Bölmə: Xəbərlər
Dövlət Xidmətində yeni təyinat olub

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi vəzifəsində çalışmış Natəvan Bayramova Dövlət Miqrasiya Xidmətinə mətbuat xidmətinin rəhəri təyin edilib.

Reyting.az
xəbər verir ki, xidmət rəis bununla bağlı əmr imzalayıb.

Xatırladaq ki, N. Bayramova 2019-cu ildən 2022-ci ilin dekabr ayınadək "Azərbaycan Dəmir Yolları" QSC-də mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsində çalışıb.

O, əvvəllər İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor olub. 13 ilə yaxın müddətdə həmin şirkətdə böyük redaktor, Yayım Şurasının icraçı katibi, Gənclər-elm və təhsil departamentinin direktor müavini vəzifələrində çalışıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}