İranın Azərbaycandakı casus şəbəkəsi...
Tarix: 01-02-2023 13:20 | Bölmə: Xəbərlər
İranın Azərbaycandakı casus şəbəkəsi...

Dünən Azərbaycan Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyatlar nəticəsində ölkəmizin mediasında, xüsusilə də “Salamnews” və “İnteraz”da çalışan, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən 7 şəxs, bu gün isə dini cərəyanların nümayəndələri adı altında fəaliyyət göstərən 39 nəfər saxlanılıb.

Məsələyə münasibət bildirən politoloq Samir Hümbətov Reyting.az-a deyib ki, son zamanlar İranın Azərbaycana qarşı tutduğu düşmən mövqe cəmiyyəti ciddi şəkildə narahat edir. Xüsusilə də "yumuşaq güc" siyasətini həyata keçirməyə çalışan İranın “din pərdəsi” altında ölkəmizdə apardığı təbliğat ciddi narahatlıq doğurur.



S. Hümbətov bildirib ki, yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı nəticəsində təhlükəsizlik əməkdaşımızın şəhid olması xalqın Tehran rejminə qarşı ciddi qəzəbi ilə nəticələnib: “Sosial şəbəkələrdə İran casus şəbəkələrinin daha da aktivləşməsi və cəmiyyət arasında ziddiyyət yaratmaq cəhdləri dövlət təhlükəsizliyimizə qarşı təhdid elementləri yarada bilər ki, bu da xoşagəlməz vəziyyətdir. Məhz buna görə də, hesab edirəm ki, İranın casus şəbəkəsinin ölkəmizin ərazisindəki fəaliyyəti tamamilə dayandırılmalıdır. Keçirilmiş son əməliyyatlar da buna xidmət edir”.

S. Hümbətov əlavə edib ki, dövlətimizə qarşı ən böyük təhdid və təhlükə Ermənistanla yanaşı həm də İrandan gözlənilir: “Ona görə ki, Tehran rejimi beynəlxalq hüququ tanımamaqla yanaşı, həm də dini və insani dəyərlərə hörmət etmir. Bir tərəfdə terroru dəstəkləmək və onu yaymaq, digər tərəfdə isə narkotiklə regionu və dünyanı zəhərləmək. Bunlar Tehran rejminin dünyaya yaratdığı təhdidlərdir”.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}