Nazir Çevik Polis Alayına komandir təyin edib
Tarix: 01-02-2023 17:21 | Bölmə: Xəbərlər
Nazir Çevik Polis Alayına komandir təyin edib

Daxili işlər naziri Vilayət Eyvazov bu gün daha bir təyinata imza atıb.

Reyting.az
xəbər verir ki, əmrə əsasən, polis polkovniki Ramil Priyev Əlahiddə Çevik Polis Alayının komandiri təyin olunub.

Xatırladaq ki, Alayın komandiri Səhlab Bağırov bir neçə gün əvvəl DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində mərkəzə rəis təyin edilib.

E. ARAZ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}