İsrail Qəzzaya raket zərbələri endirib
Tarix: 02-02-2023 09:05 | Bölmə: Xəbərlər
İsrail Qəzzaya raket zərbələri endirib

Bu gecə İsrailin hərbi təyyarəsi Qəzza sektoruna hücum həyata keçirib.

Reyting.az
“Reuters”ə istinadla xəbər verir ki, İsrailin bu hava hücumu Fələstin tərəfindən raketin buraxılmasına cavabı olub.

Agentliyin mənbəyi şahidlərə istinadla deyib ki, İsrail təyyarəsi bu gecə Qəzza sektorunun bir neçə nöqtəsinə raket zərbələri endirib. Bu hücum fələstinlilərin İsrail istiqamətində buraxdıqları, amma hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edilən raketə cavab olaraq həyata keçirilib.
Qeyd edək ki, bu barədə dünən İsrail Müdafiə Nazirliyi də rəsmi məlumat yaymışdı.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}