Ana və qızı bıçaqlanıb, yeniyetmə ölüb
Tarix: 02-02-2023 09:35 | Bölmə: Xəbərlər
Ana və qızı bıçaqlanıb, yeniyetmə ölüb

Bakıda ana və qızı bıçaqlanıb, yeniyetmə ölüb.

Reyting.az
-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, fevralın 2-i saat 01 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində 1991-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı 2009-cü il təvəllüdlü Günay Şadatovanın kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ə. Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu 1981-ci il təvəllüdlü Zaur Babayev müəyyən olunaraq saxlanılıb.

Tibbi müdaxilələrə baxmayaraq, 14 yaşlı yeniyetmə G. Şadatova ölüb.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}