16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
QHT yeni layihənin icrasına başlayıb - Fotolar
Tarix: 02-02-2023 13:55 | Bölmə: Xəbərlər
QHT yeni layihənin icrasına başlayıb
Rauf Rəcəbov

“Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi (AMİL) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 fevral 2023-cü il tarixindən “Məişət zorakılığı: ailəmizi qoruyaq!” adlı layihənin icrasına start verib.

Layihə rəhbəri Rauf Rəcəbovun Reyting.az-a deyib ki, layihə 3 ay müddətində (01 fevral-01 may 2023-cü il) icra olunacaq. Əsas məqsəd bəzi ailələrdə baş verən məişət zorakılığının qaşısının alınması məqsədi ilə marrifləndirici filmin hazırlanmasıdır.

Layihənin icrası müddətində “Tərk edilmişlər” adlı qısa film çəkiləcək. Filmdə mütəmadı olaraq məişət zorakılığının baş verdiyi bir ailənin dramı canlandırılacaq. Zorakılığa məruz qalan ana (şərti adı Firuzə) və uşaqların (Fidan, Əli) şahidi olduqları zorakılıq halları, ananın çəkdiyi iztirablar, əzab və stress, uşaqların qorxu və həyəcanları aktyorların iştirakı ilə səhnələşdiriləcək. Qurbanların öz səsləri ilə hadisələr nəql ediləcək.



Uşaqların inkişafında, şəxsiyyətinin formalaşmasında və ümumiyyətlə sağlam və xoşbəxt gələcəyində ailənin rolu danılmazdır. Çünki məhz ailə uşağın həmişə sevildiyi, güvəndiyi, kömək və dəstək verdiyi yerdir. Bundan başqa, uşaq ailə daxilində insanı münasibətləri mənimsəyir və cəmiyyətin gələcək üzvü kimi formalaşır. Uşaqlıq illərində əldə etdiyi təcrübəni həyatı boyunca yadda saxlayır. Lakın, bir çoxları bu qayğıdan məhrum olaraq, həmçinin ailə daxilində şiddətə və zorakılığa məruz qalırlar. Ailədaxili şiddət günümüzün ən qlobal problemlərindəndir. Bəzən məişət zorakılığının qadına təsirindən dah çox danışılsa da, əslində zorakılığın əsas qurbanları - uşaqlar nədənsə kənarda qalırlar.

Rauf Rəcəbov qeyd edib ki, hər il dünyada 275 milyon uşaq ailədaxili şiddətə məruz qalır. Bu, hər 5 uşaqdan biri deməkdər. Heç kəsə sirr deyil ki, ailədaxili şiddətin uşaqlarin irəlləyən yaşlarında, səxsiyyətin formalaşmasında boyuk təsiri var. Mütəxəsisslərin sözlərinə görə, bu təsir bir çox hallarda uzunmüddətli emosional və psixolojı travmalara gətirib çıxarır. Nəticədə, göstərilən şiddət uşaqlara qarşı yönəlməsə də, bundan ən çox zərər görən bir çox hallarda uşaqlardır. Şiddətə məruz qalan və ya şiddət göstərilən bir ailədə böyüyən uşaqlar, sağlam mühitdə böyüyən usaqlara nisbətən daha aqressiv olur və böyüdükcə başqa insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirlər.

Məişət zorakılığına qarşı mübarizə sahəsinə həsr oluna film sosial şəbəkələrdə də yayımlanacaq. Məqsəd sosial şəbəkələr vasitəsi ilə 2500-3000 insanın maarifləndirilməsi və onların əhatə dairəsini genişləndirməkdir.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}