Zülfüqarov: İrandakı etirazların arxasında ölkənin siyasi elitasının bir hissəsi dayanır
Professor: ABŞ İranla bağlı planını həyata keçirəcək
Nazirin qardaşı nazir müavini təyin olunub
Prezident QSC-yə sədr təyin edib - Fotolar
SOCAR-a yeni müşavir təyin edilib
Şəhid Bəhmən Səfərəliyevin xatirəsi anılıb - Video
Prezident Ağdərədə görülən işlərlə tanış olub - (Yenilənib) - Foto
Qrenlandiya ABŞ üçün niyə bu qədər əhəmiyyətlidir? - Araşdırma
İrana hansı ssenari tətbiq olunacaq?
"Mercedes-Benz S-Class" yenilənir - Fotolar
Kadırovun səhhəti pisləşib: Kreml Çeçenistan üçün yeni lider axtarışındadır
Beynəlxalq hüququn sonu - Kəramət Qənbərov yazır
Tarix: 04-12-2025 17:46 | Bölmə: Mədəniyyət

Azərbaycan Dövlət Kukla Teatrı növbəti premyeraya hazırlaşır.
Reyting.az xəbər verir ki, dekabrın 5-də (saat 12.00 və 14.00) Korney Çukovskinin məşhur “Aybolit” şeiri əsasında hazırlanan eyniadlı birhissəli uşaq tamaşasının premyerası olacaq.
Bildiyiniz kimi, “Aybolit” əsəri məşhur rus yazıçısı Korney Çukovskiyə (Nikolay Vasilyeviç Korneyçukov) məxsusdur. Bu, ilk dəfə 1929-cu ildə nəşr olunan və bu sayədə heyvanlara kömək edən mərhəmətli həkim Aybolit obrazını milyonlarla uşağa sevdirən bədii nümunədir.
Teatrın mətbuat xidmətindən bildiriblər ki, əsər əsasında müxtəlif illərdə pyeslər, teatr tamaşaları və musiqili quruluşlar hazırlanıb. Aybolit obrazı uşaq teatrlarında, kukla və musiqili səhnələrdə tez-tez istifadə olunub. Əsərin populyarlığı səbəbindən onun sonrakı illərdə teatrlaşdırılmış versiyaları, həmçinin, film və cizgi adaptasiyaları da hazırlanıb.
Bu mənada teatrın cari repertuarında da özünə yer edən əsərə yeni nəsil uşaqların baxış tərzinə uyğun şəkildə həll verilib. Balacalar fərqli pesronajların timsalında həm onları əhatə edən ətraf aləm barədə məlumat alacaq, həm də dostluq, birlik və xeyirxahlıq haqqında təsəvvürlərini genişləndirəcəklər.
Tamaşanın səhnələşdirmə və quruluş müəllifi teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov, quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.
Səhnə nümunəsində obrazları Əməkdar artistlər Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev, aktyorlar Elnur Abbasquliyev, Aygül Ağayeva, Elnur Xəlilov, Samirə Nəcəfova, Bayram Ağamalıyev, Yasin Abbasov, Məmmədşah Təhməzov və Könül Nəsibova canlandırırlar.
Onu da qeyd edək ki, tamaşa qocaman kuklaçı, Respublikanın əməkdar artisti Rəman Rəhmanovun səhnə fəaliyyətinin 55 illiyinə həsr olunub.


Bölməyə aid digər xəbərlər















ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır