20:02 / 15-09-2025
Payız “Ulduz”u görüşünüzə gəlib - Foto
19:24 / 15-09-2025
Xalq artistinin nəşi Azərbaycana gətiriləcək
18:04 / 15-09-2025
İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
18:00 / 15-09-2025
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb
17:51 / 15-09-2025
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
17:49 / 15-09-2025
"Benfika"nın baş məşqçisi: "Qarabağ"la matçda 3 xal qazanmağı hədəfləyirik"
17:37 / 15-09-2025
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
17:30 / 15-09-2025
Azərbaycan INFE-yə tamhüquqlu üzv olub
17:20 / 15-09-2025
"Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək
16:57 / 15-09-2025
İş adamı Vüsal Abbasov həbs edilib
16:52 / 15-09-2025
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur
16:39 / 15-09-2025
Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verib
16:09 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu təltif edib - (Yenilənib)
15:58 / 15-09-2025
Əli Əsədov sərəncam imzalayıb
15:55 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - Yenilənib
15:27 / 15-09-2025
Prezident Qarabağda dörd kəndin sakinləri ilə görüşüb - Yenilənib
15:11 / 15-09-2025
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15:07 / 15-09-2025
Ruslar daha bir yaşayış məntəqəsini işğal edib
15:00 / 15-09-2025
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
14:54 / 15-09-2025
70 yaşlı müğənni: "Xalq artisti adı istəyirəm"
14:44 / 15-09-2025
Nazirliyin Aparat rəhbəri vəzifədən azad olunub
14:36 / 15-09-2025
Rusiyanın NATO sərhədlərini pozmasına səbəb nədir?
14:18 / 15-09-2025
Zeynəb Xanlarovanın nəvəsinin toyu olacaq
13:58 / 15-09-2025
Keyt Kelloq: Rusiya müharibəni uduzur
13:49 / 15-09-2025
Qərbi Azərbaycan İcması "Qərbi Azərbaycan TV" ilə bağlı məlumat yayıb
13:48 / 15-09-2025
Rusiya sərgi tankını cəbhə xəttinə göndərir
13:38 / 15-09-2025
Prezident Ərdoğan Qətərə gedib
13:13 / 15-09-2025
Masazırda 57 yaşlı kişini "tok" vurub
13:03 / 15-09-2025
Zakir Həsənov Bakıda Türkiyə Baş Qərargah rəisini qəbul edib
13:02 / 15-09-2025
Qarabağda ermənilərin gizli silah anbarları var
06:10 / 11-09-2025

13:31 / 11-09-2025

20:48 / 13-09-2025

21:32 / 10-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

09:46 / 11-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

10:33 / 11-09-2025

“Hə, sən öl...” - Akif Cabbarlı yazır
Tarix: 15-01-2020 12:47 | Bölmə: Akif CABBARLI

Ötən əsrin 70-80-ci illərindən yaxşı tanıdığım, tələbəlik illərinin unudulmaz təəssüratı ilə qəlbimdə özünə möhkəm yer tutmuş dostlarımdan birinin (şərti adı qoy Rafiq olsun) bitib-tükənməyən baməzə söhbətləri vardı. Danışdığı və həmişə gündəmdə olan bir əhvalatı isə heç birimiz unutmamışıq.
Rafiqin atası çox yerlərdə çalışdıqdan sonra qərara gəlir ki, daha rahat, oturaq bir işin qulpundan yapışsın. Odur ki, baş memarla dil tapıb rayon mərkəzində o illərin termini ilə desək, özünə bir dəlləkxana açır. İlk günlər işlər pis getmir. Böyüklü-kiçikli bütün qonşular, hətta uzaq məhəllələrdən, qonşu kəndlərdən gələn müştərilər Rafiqin atasının xidmətindən razı qayıdırlar. Çox keçmir, vəziyyət qəlizləşir. Qohum-qardaş – bunlar isə saya-hesaba gələn deyildi – saçını, üzünü qırxdırır, “biz sənə borclu” deyib aradan sivişirlər. İş o yerə çatır ki, kişi heç işığın, suyun pulunu da yığa bilmir. Rafiq həmin vəziyyəti o vaxt bizə şipşirin Şirvan ləhcəsi ilə belə şərh eləmişdi:
- Hə, qardaşlar, bir gün Qaroğlan, bir gün Xanoğlan, sonra Əliqulu, Vəliqulu, daha sonra Qardaşəli, Səbzəli, dalınca da Atamoğlan, Ağamoğlan. Qırılmışlar bir deyil, beş deyil, əmioğlu, xalaoğlu, dayıoğlu gəlirlər, üz-gözlərini abıra saldırırlar, hamısı da pulsuz, sən öl. Dədəm axırda bağladı dəlləkxananı, işlədə bilmədi, sən öl. Ə, kişi oğlu, dədəm belə vəziyyətə dözəmmədi, axırda bankrot oldu, sən öl.
Rafiqin hər cümlənin axırında adəti üzrə üzümüzə bir “sən öl” çırpması bizə ləzzət edirdi. Bir gün ona qayıdıb dedim ki, ə, Rafiq, sən adama elə qıpqırmızı “sən öl” deyirsən ki, adam elə durduğu yerdəcə yıxılıb ölmək istəyir.
Cavabı nə olsa yaxşıdır, - hə, sən öl.

A. Cabbarlı
Bir gün də Rafiq universitetin dəhlizində bizə bildirdi ki, qarşıdakı tətil günlərində Moskvaya getməyə hazırlaşır. Səfərinin səbəbini, məqsədini soruşduq. Dedi ki, heç, Qaroğlanla Xanoğlan xərcimizi çəkəcəklər, gedəcöyük Moskvaya, sən öl, “Rossiya” mehmanxanasında yer alacooğ, sən öl. Yeyib-içib yatacooğ, səhər durub çiməcöyük, sən öl. Sonra günorta yatıb, axşam yenə araqdan vuracooğ, sonra çiməcöyük, sən öl. Sonra da...
Bəs sonra, sonra nə olacaq sualımıza da konkret cavab verdi:
- Siz fikirləşdiyiniz baş tutmayacaq, çünki rus dilini bilmirəm, sən öl. Xalxın qızlarını özümə güldürməyəcəm ki... Qatara minib qayıdacağam evimə-eşiyimə, sən öl, özüm ölüm, lap elə siz özünüz də...
Bölməyə aid digər xəbərlər

Həyat etüdləri

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir
15-07-2020, 13:02
Akif CABBARLI - Şəhid general-mayor Polad Həşimova açıq məktub - Akif Cabbarlı yazır