00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Mesaj - Akif Cabbarlı yazır
Tarix: 02-09-2020 11:51 | Bölmə: Akif CABBARLI

(hekayə)
Həsən Hüseynovun həyatında özünün də gözləmədiyi, gümanına belə gəlmədiyi bir hadisə baş vermişdi. Hadisə deyəndə ürəyinizə başqa şey gəlməsin, əslində, bu, sadəcə yenilik sayılmalı idi. Amma o qədər qəfildən, Həsən müəllimin heç ağılının ucundan belə keçməyən yenilik idi ki, çoxları, elə bu hekayənin müəllifi də bunu əməlli-başlı hadisə hesab elədik.
Sizi çox yormayım, qoy, əvvəldən danışım.
Min doqquz yüz çoxdanıncı illərdə məşhur Konstruktor Bürosunda Həsən Hüseynovu sadəcə sovet ənənələrinə uyğun Qasan Mamedoviç deyə çağırırdılar – yəni Həsən Məmməd oğlu. Həsən müəllim də bu müraciəti çox sevirdi, xüsusən, müdiri olduğu şöbənin əməkdaşları, sevimli katibəsi onu bu cür çağıranda yerə-göyə sığmırdı. Hətta təklikdə dodaqaltı mızıldanırdı da – Qasan Mamedoviç, Qasan Mamedoviç...
Həsən müəllim insafən çox yaxşı işçi, tanınmış mütəxəssis idi. Direktor da, digər əməkdaşlar da ona rəğbət bəsləyir, xatirini əziz tuturdular. Tez-tez ezamiyyətlərə gedir, idarənin üzünü təbaşir kimi ağappaq edib qayıdırdı. Elmi konfranslardan diplom və təşəkkürnamələrlə, əlbəttə ki, direktora və katibəsinə aldığı bahalı hədiyyələrlə qayıdırdı. Günlərin birində onu direktor müavini təyin etdilər. Bir neçə aydan sonra isə taleyində qəşəng, işıqlı bir ulduz parıldadı, özü də necə. Qasan Mamedoviçi Bakıdan çox-çox uzaqlara, Yaşıltəpəyə yuxusuna belə girmədiyi vəzifəyə - Ərazi İdarəsinə rəis göndərdilər. Çoxdan bəri ürəyində birinci şəxs olmaq barədə şipşirin arzular bəsləyən Həsən müəllimin ümidləri çiçək açmışdı.
Həsən Hüseynovu idarə əməkdaşlarına təqdim edib bol-bol tərifləyən yüksək çinli məmur onun gələcəkdə çox yaxşı bir rəhbər olacağına möhkəm inandığını bildirdi və heç nahara da dayanmayıb paytaxta döndü. İndi söz rəisin idi. O, zala toplaşanları sürətli baxışlarla süzüb heç kimin gözləmədiyi orijinallıq sərgilədi. Qarşısındakı vəzifə siyahısı üzrə idarə rəsmilərini dinləməyi qərara aldı.
- Gəlin, bir-bir danışın, dərd-sərinizi, problemlərinizi açıqlayın. Əvvəl nə olub, qaldı keçmişdə, tərtəmiz işləyəcəyik. Məndən çəkinib-eləməyin. Sizdən də tələbim ancaq təmiz, şəffaf fəaliyyət göstərməkdir. Kim özünü doğrultsa, vəzifəsinin öhdəsindən layiqincə gəlsə, mən Bakıya qayıdana qədər bir yerdə olacağıq.
Sonra o, müavinlərini, şöbə rəislərini, idarə, müəssisə müdirlərini, məktəb direktorlarını və digər vəzifə yiyələrini bir-bir tribunaya dəvət edib danışdırdı, yeri gəldikcə qısaca sorğu-suala da tutdu. Hiss olunurdu ki, çıxış edənlər yeni rəisin qəlbinə girməyə, inandırmağa çalışırdılar ki, əvvəlki qaydaları unudub təmiz işləyəcək, vicdan və şərəf nümunəsi göstərəcəklər.
Çıxışlar kəsiləndən sonra Həsən Hüseynov özü ayağa qalxdı. Bir istədi ki, tribunaya tərəf getsin, fikrindən daşındı. Birinci şəxslərin elə yerindəcə, ayaq üstə, şux görkəmdəcə dayanıb danışdıqlarını yada salıb yerindən tərpənmədi. Sifətinə qayğılı, müdrik bir görkəm verməyə çalışdı, amma heç bilmədi ki, bu, alındı, yoxsa yox. Aramla çıxışına başladı. Yaşıltəpənin təbii və coğrafi şəraiti, insanların əməksevərliyi, qonaqpərvərliyi barədə kimdənsə öyrəndiyi faktları, hadisələri dilə gətirdi. Onu da gizlətmədi ki, bu yerlərə gəlməyi, xalqa xidmət göstərməyi çoxdan gözləyirmiş. Ona qismət olmuş bu tale payına görə Allaha şükür etdiyini deyəndə ön sırada oturmuş müxtəlif vəzifə sahiblərinin sifətindən ironik dalğanın keçdiyini də açıq-aydın hiss elədi.
Həsən Hüseynov daha sonra özünün şəxsi keyfiyyətləri, xarakterik xüsusiyyətləri barədə uzun-uzadı məlumat verməyi də unutmadı:
- Təbiət vurğunuyam. Ova çıxmağı, meşələri dolaşmağı, bulaq başında dincəlməyi çox sevirəm. Babam məşhur arıçı olub. Odur ki, təmiz cökə balının dəlisiyəm. Sən deyən yeyən olmasam da, qara quzunun xaşlamasını xoşlayıram. Güllərdən qızılgülü, ağaclardan xan çinarın vurğunuyam. Xalı-xalçaya gələndə isə ipəkdən hazırlanan Quba xalçasının aşiqiyəm. Düzdür, şəhərdə maşınlarım, velosipedlərim çoxdur, amma uşaqlıqdan xınaya çalan kəhər atın yalmanına yata-yata gen yaylaları, dağı-daşı dolaşmağı çox sevirəm, çox...
Həsən Hüseynov danışdıqca kövrəlir, az qala ağlamsınırdı. Onun bu halını seyr edən qadınların bəziləri dəsmalını gözlərinə sıxmış halda ehmalca hıçqırırdılar. Nəhayət, rəis sözünü bitirib komanda verdi:
- Qurtardıq, hər kəs iş başına! Sabah axşam saat doqquzda bu tərkibdə görüşürük, deyəcəyim sözlər, verəcəyim tapşırıqlar var.
O, çox yaxşı bilirdi ki, işgüzar, təmkinli, radikal rəhbərlər iclaslarını gec saatlara salır, bununla da tabeliklərindəkiləri intizarda saxlayır, onlara gərgin anlar yaşadırlar. Ona görə də növbəti toplantını axşam saat doqquza təyin elədi.
Ertəsi gün səhər yeməyini kabinetindəcə yeyib idarənin həyətinə düşdü. Və... gözlərinə inanmadı. Əvvəl elə bildi ki, bazardadı, sonra ətrafına diqqətlə nəzər yetirdi və dəqiqləşdirdi ki, yox-yox, rəhbəri olduğu Ərazi İdarəsinin həyətindədir. İşçilərini də tanıdı, amma onların əllərindəki, böyür-başlarındakı əşyaları, ərzaq qutularını görəndə çaşıb qaldı. Həyətin tən ortasında hündür, cantaraq kəhər at kişnəyir, şəvə kimi qapqara dərili quzu mələyirdi. Bir nəfər əlində iri çərçivəyə salınmış Quba xalçasını nəvazişlə tumarlayırdı. Bir az aralıda iri bir çəllək qoyulmuşdu, ətrafında arılar uçuşurdu və dərhal bilinirdi ki, içindəki baldır. Bir kişi də köklərinin torpağı hələ tökülməmiş çinar ağacını əlində elə tutmuşdu ki, sanki şərab zavodunun ayıq-sayıq, əli karabinli qarovulçusu idi. Cavan bir qız da təzə-tər qızılgül buketini nazla qoxulayır, anlaşılmaz bir təbəssümlə elə hey gülümsəyirdi...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər