23:29 / 17-09-2025
“Qarabağ” UEFA reytinqində irəliləyib
22:16 / 17-09-2025
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
18:00 / 17-09-2025
1, 3 və 5 qəpikliklər dövriyyədən çıxarılacaq? - Açıqlama
17:54 / 17-09-2025
Prezident Dövlət Proqramını təsdiqləyib
17:50 / 17-09-2025
Maşın alverçiləri həbs olunub - Yarım milyonluq dələduzluq işi
17:44 / 17-09-2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - Sərəncam
17:26 / 17-09-2025
Aktyorun adı ilə dələduzluq ediblər
16:59 / 17-09-2025
Məşhur aktrisalar yenidən cadugərlik edəcəklər - Fotolar
16:56 / 17-09-2025
Aİ komissarı Azərbaycana gəlir
16:39 / 17-09-2025
Keçmiş səfirin qızına cinayət işi açılıb
16:27 / 17-09-2025
Qarabağ Universitetinin yataqxanası istifadəyə verilib - Fotolar
16:23 / 17-09-2025
Azərbaycanlı deputatın şirkətinə cinayət işi açılıb
16:02 / 17-09-2025
Bakı metrosunda iş rejimi uzadılıb
15:57 / 17-09-2025
Azərbaycan Kubokunun 2025/2026 mövsümünün püşkü atılıb
15:30 / 17-09-2025
Yağışlı hava sentyabrın 21-dək davam edəcək
15:17 / 17-09-2025
Alim Qasımov: "Arvaddır, boşayıram, yenə alacağam..."
15:01 / 17-09-2025
Vəkil Cavidan Osmanlıya cinayət işi açılıb
14:49 / 17-09-2025
Azərbaycanlı diaspor sədrinin vətəndaşlığı ləğv edilib
14:27 / 17-09-2025
Toxunuş qızılın kütləsini azaldır
14:00 / 17-09-2025
Müdafiə nazirinin mərhum müavininin cinayət işi üzrə məhkəmə yekunlaşıb
14:00 / 17-09-2025
Rusiya Ukraynanın nəqliyyat arteriyalarını sıradan çıxarmaq istəyir
13:54 / 17-09-2025
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
13:49 / 17-09-2025
"Bakı Kart"a digər şəxs rəhbərlik edəcək
13:44 / 17-09-2025
"Azərpoçt"un adından saxta mesajlar yayılır
13:23 / 17-09-2025
Cəlaloğlu: Regionumuzun gələcək taleyi bu seçkilərdən asılıdır
13:18 / 17-09-2025
"Qarabağ" Çempionlar Liqasında "Barselona"nın nailiyyətini təkrarlayıb
13:03 / 17-09-2025
Ceyms Kemeron "Terminator 7" üzərində işləyir
12:47 / 17-09-2025
Sabah bəzi rayonlara leysan yağacaq - Proqnoz
12:44 / 17-09-2025
Rusların aldadaraq müharibəyə gətirdiyi keniyalı əsir düşüb
12:43 / 17-09-2025
Bir neçə qurum onlayn rejimə keçib - Siyahı
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:27 / 13-09-2025

00:04 / 16-09-2025

Qəmli “humanistlər” - Akif Əli yazır
Tarix: 05-10-2023 20:51 | Bölmə: Akif Əli

Akif ƏLİ,
Fəlsəfə doktoru,
Əməkdar jurnalist,
Yazıçı-publisist.
...Bütün qeyrətli insanlar 30 il Şuşa həsrəti ilə yaşadı.
Və nəhayət, Ali Baş Komandanın “Əziz Şuşa, sən azadsan!” sözlərini necə sevinc göz yaşları ilə qarşıladıq!
***
2007-ci ildə “Təzadlar” qəzetində “Şuşada eşşəkotaran erməniyə müraciət” adlı yazım çıxmışdı. O vaxtlar bir türk fotoqrafın Şuşada çəkdiyi fotolar diqqətimi cəlb etdi. Fotoların birində Şuşada eşşək otaran erməni əks olunurdu. Mən həmin erməniyə müraciət yazdım. Bu tragikomik müraciətin ideyası ondan ibarət idi ki, ay erməni, sən əgər Şuşaya gəlib cır-cındır içində, ac-susuz eşşək otaracaqdınsa, niyə belə gözəlliyi dağıtdın? Hər gün Ərimgəldi qayasına çıxıb Amerikadan, Avropadan yardım gözləyirsən axı...
Sonra elə oldu ki, o müraciətə erməninin dilindən cavab gəldi. Və mən yenə o cavaba cavab yazdım. Beləliklə, “Təzadlar”da təxminən 4-5 silsilə yazışma dərc olundu.
Ermənilərin Şuşada törətdiyi vəhşiliklərdən yazdım, yerlə-yeksan etdikləri kitabxanalar, muzeylər, teatr binaları, məktəblər və tarixi memarlıq abidələri haqqında məlumat verib eşşəkotaran erməniyə müraciət etdim. Ki: bütün bunları dünyada özünü “qədim və mədəni xalq” adlandıran ermənilər edib. Bəs bu necə mədəni tayfadır ki, mədəniyyət dəyərlərini, rəsm əsərlərini, kitabları yandırır, məktəbləri, məbədləri dağıdır?
İşğalı pərdələmək üçün bu şoumen tayfa bütün dünyaya car çəkirdi ki, guya Qarabağda yaratdıqları ilk xristian abidələrini vəhşi müsəlmanlardan qoruyurlar. Dünya onlara kömək etməlidir... Ona görə də biz dünyaya həqiqəti yaymalıyıq, sübut etməliyik ki, ərazimizdəki o qədim xristian abidələri Azərbaycanlı Albanlara məxsusdur. Sadəcə, onların üzərində daşyonanlar sonradan düzəlişlər aparıb erməniləşdiriblər. Bunu dünyaya sübut etsək, erməninin Qarabağ iddiasının puç olduğu anlaşılar.
Sovet vaxtı Alban məbədlərini ermənilər öz adlarına çıxanda, onların üzərində “yenidənqurma” işi aparanda, bizim ideoloji sahəyə cavabdeh kəslər buna fikir verməyiblər. Digər səbəb isə bizim əvvəllər xristian abidələrinə biganəliyimizlə bağlıdır. Elə təsəvvür var idi ki, əgər indi ölkədə müsəlmanlıq yayılıbsa, xristianlığın bizə aidiyyatı yoxdur. Halbuki, tarixin dərinliklərinə gedəndə, əvvəllər Azərbaycanda Atəşpərəstlik olub. Sonralar İsa Peyğəmbərin apostolları Qafqaza gələrək Azərbaycan ərazilərində Xristianlığı yayıblar. Yalnız 8-9-cu əsrlərdə, xüsusən işğalçı ərəblərə qarşı 22 illik qəhrəmancasına mübarizədən sonra, satqınlıq nəticəsində tutulub Ərəbistana aparılan ulu sərkərdə Babək vəhşicəsinə şaqqalanmaqla edam edildikdən sonra, İslam buralarda geniş yayılıb.
Yəni bu tarixi həqiqətləri dünyaya izah etmək lazımdır ki, ermənilərin bizim xalq haqqında cəfəng təbliğatı puça çıxsın. Bu işlə ictimai-siyasi sahə ilə yanaşı, həm də humanitar sahə mütəxəssisləri məşğul olmalıdır; alimlər, incəsənət xadimləri, media nümayəndələri və s.
Həmin “Şuşada eşşəkotaran erməniyə müraciət”imə cavab olaraq, erməni tərəfi məni israrla Şuşaya qonaq çağırırdı ki, gəl qonağımız ol. Mən onda növbəti yazıda eşşəkotaran erməniyə belə bir cavab yazdım, dedim: “Mən Şuşaya boynu bükük, sifətində müti gülüşlə qonaq getmərəm, ay erməni. Mən gəlsəm ora qalib kimi gələrəm və gələcəyəm. Mən ora dolanbac yollarla təkəsaqqal Andreyin izni ilə gəlmərəm. Mən gəlsəm ildırım sürətli Türk yıldızlarının qanadında gələrəm və gələcəyəm, ay erməni. Amma qonaq yox...”
Çox şükr, 13 ildən sonra, 44 günlük Vətən müharibəsi zamanı elə də oldu!
Şanlı ordumuz Şuşaya və bütün Qarabağa qalib kimi gəldi. Xalq, dövlət, rəhbər birliyi Azərbaycanı tarixi Zəfərə çatdırdı!
***
...İndi Qalib Xalqın böyük ruh yüksəkliyi, Qarabağ sevinci içərisində bəzən görürsən ordan-burdan yad notlar eşidilməyə başlayır. Qarabağdan könüllü köç edən ermənilər üçün sosial şəbəkələrdə göz yaşları axıdıb, qəmə batan “humanistlər” peyda olur. Onlar az qala gedib o köçənləri tutub geri qaytarmaq istəyir. Gah idbar “Nənə-Baba” abidəsinin demontajına uydurma bəhanələrlə etiraz edirlər, gah haylarla “birgəyaşayışın” gözəlliyindən danışırlar, gah müqəddəs Qarabağ torpağında, qədim türk yurdu gözəl Şuşada hansısa “yaxşı erməninin” adına küçə, meydan görmək isteriyasını nümayiş etdirirlər...
“Sapı özümümzdən olan” erməni sevdalı bu qəmli “humanistlər” Qarabağ uğrunda mübarizələrdə erməni zülmünə tuş gələn şəhidlərin, əsir və girovların, qazilərin, əsgər və zabitlərin, vətənpərvər ziyalıların, bacarıqlı rəhbərlərin xidmətlərinə, əzab-əziyyətlərinə göz yumub yenə müxtəlif saxta iddialarla ortada lavaş qulağı genəldirlər.
Belə görünür, Dəmir Yumruq qalxıb-endikcə təkcə Qarabağdakı “sArsaqların” təpəsi əzilmir. Ölkə rəhbərinin qətiyyətli iradəsi ilə DTX igidləri “sArsaq” liderlərini bir-bir tutub Bakıya gətirdikcə, Vartanyan, Arutyunyan, Qukasyan kimi qaniçən qatillərin başından basıb danaboyun edərək haqq divanına sürüklədikcə, öz içimizdəki qəmli “humanistlərin” də qarınlarına azar dolur, təlaş içində vurnuxurlar.
Ancaq qatar artıq gedib. Həm də üzü Zəngəzura doğru.
Daha Qarabağda separatçıların nə özü qalacaq, nə izi-tozu, nə də adı-nişanəsi.... Çünki: Qarabağ - Azərbaycandır!
(5.X.2023)
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ƏLİ
Bölməyə aid digər xəbərlər