16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Bu, qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-ın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
12:16 / 18-09-2025
Dronlar Rusiyaya zərbələr endirib
12:08 / 18-09-2025
Əli Əsədov Qırğızıstana gedib
12:08 / 18-09-2025
Dünyanın ən böyük polad sifarişi veriləcək - Fotolar
11:56 / 18-09-2025
Milli Məclisdə dinləmə keçiriləcək
11:55 / 18-09-2025
Trampın əlində bitkoin tutan qızıl heykəli ucaldılıb
11:50 / 18-09-2025
Deputatdan narazılıq: "Bizi o Foruma niyə dəvət etmədilər?"
11:44 / 18-09-2025
FED-in yeni faiz qərarı fonunda dollar bahalaşıb
11:35 / 18-09-2025
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
11:20 / 18-09-2025
Makron həyat yoldaşının qadın olduğunu sübut etməyə çalışacaq
11:16 / 18-09-2025
Ermənilərin məhkəməsi gələn həftə keçiriləcək
11:09 / 18-09-2025
"Vahid Mədəniyyət Reyestri" sistemi yaradılacaq
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

16:41 / 13-09-2025

Terminallar - Akif Əli yazır
Tarix: 04-07-2024 07:12 | Bölmə: Akif Əli

Akif ƏLİ
(Avropa Futbol Çempionatı fonunda düşüncələr)
Dünyada çoxlu nəhəng stadionlar var: içəri 50 min, 100 min adam birdən doluşur. Futbolçular oynayır, azarkeşlər baxıb şənlənirlər. O stadionlar bəşəriyyətin ildırımötürən terminallarıdır.
Adamlar futbola baxa-baxa qışqır-bağır salır, hayqırır, atılıb-düşür, saatyarım fasiləsiz oxuyur-oynayır, çığırır, nərə çəkir, o tərəf-bu tərəfə tullanır, gülür, ağlayır, söyüş söyür, sevinir, əylənir, şənlənir və… yorğun-arğın halda evlərinə dağılışırlar. Şəhərə sakitlik çökür.

Dünyadakı stadionlar enerji öldürücü qurğulardır. O terminalların vasitəsilə kütlənin potensial enerjisinin xaosa, iğtişaşa, dava-dalaşa, piketə, mitinqə, inqilaba çevrilməsinin qarşısı alınır. Vaxtaşırı axın-axın insan kütlələrini bu terminallardan keçirib bədənlərində toplanan təhlükəli enerjini ziyansız-qansız-qadasız boşaldır, stresli insanları sakitləşdirir, əzələlərdəki dağıdıcı gücü səngidirlər.
Kütlənin damarlarına zaman-zaman müxtəlif ictimai-siyasi-mədəni-sosial-məişət səbəbləri üzündən hirs, hikkə, qisas, qəzəb enerjisi toplanır. Bu mənfi enerji stadionlarda eyforik şəkildə, emosional əhvalda, mədəni formada çəkilib atılır. Hirs, hikkə, qisas, qəzəb toplusu tuğyan edib cəmiyyətin həyatında xaosa, ictimai asayişin pozulmasına çevrilə bilmir, atmosferə tullanıb yox olur.

Stadionlarda futbola baxmağa gedənlərin toplam potensial gücü şəxsi həzz və iztirab sarsıntılarına parçalanır, fərdiləşir və gözəlliklə qovuşma imitasiyası yaradaraq, hər kəsdə məmnunluq hissinə çevrilir. Adamlar duyduqları həzzin bolluğundan eyforiyaya qapılaraq halsızlaşır, gücdən düşür, içlərindəki hirs, hikkə, qisas, qəzəb enerjisi neytrallaşır və sönür.
Dünyadakı nəhəng stadionlara yönəldilən kütləvi axının kükrəyən gücü oyun şəklində, ləzzət görkəmində əriyib yox olur. İncə şəkildə və özlərindən xəbərsiz halda təlqin edilən əyləncəli havayapüskürmə aksiyası və emosional gücboşaltma aktı azarkeşlərin özünün də xoşuna gəlir, onlarda məmnunluq hissi, mənalı həyat görüntüsü yaradır.

Dünyanı idarə edənlər üçünsə stadionlarda oynanılan futbol matçları sağlam idman yarışı kimi yox, yalnız zəruri ildırım ötürən, təhlükə sovuşduran şou kimi maraqlıdır.
Kütləvi futbol stadionları sadəcə bəşəriyyətin ildırımötürən terminallarıdır…
3.07.2024
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ƏLİ
Bölməyə aid digər xəbərlər