23:24 / 30-06-2025
Rus İcmasının Mədəniyyət Mərkəzi bağlanıb?
21:03 / 30-06-2025
Rusiyada öldürülən qardaşların cənazəsi Azərbaycana gətirilib - (Yenilənib)
18:51 / 30-06-2025
İran liderinin müşavirini öldürmək istəyiblər
18:44 / 30-06-2025
Aİ rəsmisi: "Rusiyada azərbaycanlılara qarşı törədilən zorakılıq..."
18:38 / 30-06-2025
Tramp mütəffiqlərin təklifinə əhəmiyyət vermir
18:03 / 30-06-2025
Daha 17 qanuna dəyişiklik edəcəklər
17:57 / 30-06-2025
Bakıda əməliyyat: FTX-nın iki əməkdaşı saxlanılıb - (Yenilənib) - Fotolar
17:51 / 30-06-2025
Azərbaycanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
17:45 / 30-06-2025
Bəylər Eyyubov yeni vəzifəyə təyin olunub
17:34 / 30-06-2025
Şuşada biznes forum keçiriləcək
17:18 / 30-06-2025
Ukraynalı nazir slovakiyalı həmkarının təklifini qəbul etmir
17:11 / 30-06-2025
İşçi qrupun ştat və xidməti maşınlarının sayı artırılıb
17:03 / 30-06-2025
Beş ölkədən Azərbayacana quş əti idxalına məhdudiyyət qoyulub
16:51 / 30-06-2025
Ersin Tatar Azərbaycana gəlir
16:46 / 30-06-2025
Ərdoğan Azərbaycana səfər edəcək
16:27 / 30-06-2025
Şahın atom bombası istəyi: ABŞ bunun qarşısını necə alıb?
16:10 / 30-06-2025
İyul ayının hava proqnozu açıqlanıb
16:02 / 30-06-2025
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
15:20 / 30-06-2025
Dərmanların qiyməti yenidən tənzimlənib
15:08 / 30-06-2025
Professor: Şovinizm Rusiyanı uçuruma aparır
14:52 / 30-06-2025
Mənsum İbrahimov: Teatrımızın səhnəsinə yeni Məcnunlar gəlir - Foto
14:26 / 30-06-2025
Sabiq nazir təltif edilib
14:15 / 30-06-2025
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib)
13:53 / 30-06-2025
Tramp İranın iddiaları ilə razılaşmır
13:45 / 30-06-2025
Qarabağa səfərlər müvəqqəti dayandırılıb
13:43 / 30-06-2025
Çin Azərbaycan vasitəsilə Avropaya yeni yük marşrutu istifadəyə verib
13:24 / 30-06-2025
"Azərbaycanfilm"dəki partlayışla bağlı cinayət işi açılıb
13:15 / 30-06-2025
Sabahın hava proqnozu açıqlanıb
13:13 / 30-06-2025
Mirzoyan Lavrova xəbərdarlıq edib
13:01 / 30-06-2025
Xarici İşlər Nazirliyində yeni idarə yaradılıb
09:25 / 26-06-2025

08:51 / 26-06-2025

16:17 / 26-06-2025

13:16 / 29-06-2025

18:04 / 26-06-2025

00:00 / 26-06-2025

12:57 / 27-06-2025

00:02 / 27-06-2025

08:55 / 28-06-2025

00:01 / 28-06-2025

16:30 / 26-06-2025

12:14 / 26-06-2025

İxtisar - Akif Əli yazır
Tarix: 27-10-2024 13:43 | Bölmə: Akif Əli

Akif ƏLİ
(Yumoristik səhnəcik)
Müdir - (Kabinetdə masa arxasında əyləşib qarşsındakı kağıza baxır.) Müavin, gəl bura.
Müavin - (Kabinetə daxil olur) Gəldim.
- Belə... belə... Kimi... Kimi...Kimi?
- Buyur, müdir.
- Ordan gəlirəm indicə... (başı ilə yuxarını göstərir)
- Zadın yanından?
- Yox, ondan yuxarıdan.
- Şeyin?
- Biraz da yuxarı...
- Ooo... Nə yaxşı… Xeyirdirmi?
- Mən beləyəm də, hər yerə girib-çıxan adamam... İndi bizim sahədə ixtisarlar başlayıb. Baş idarədən tapşırdılar bir adam da biz ixtisar edək... Gözə kül üfürmək üçün də... Guya bizim idarə də zamanla ayaqlaşır, filan-beşməkan... Başa düşürsən?
- Hə, başa düşdüm, dəstədən geridə qalmamaq üçün?
- Bəli. Otur məsləhətləşək, sən hamını yaxşı tanıyırsan. Görək kimi “ət maşını”nın ağzına verək.
- (Əyləşir) Özünüz kimi nəzərdə tutursunuz?
- Deyirəm fürsətdir, bəlkə Zalovu xərcləyək getsin? Heyvərənin biridir...
- Vaooo!!! Rüstəm Zalova toxunmaq olar, müdir?! Adam 68 ölçülü kostyum geyinir, başı da 78 ölçüdə. O yol gedəndə tuflilərindən elə izlər qalır, deyirsən buralara çamadan düzüblərmiş… Onu ixtisar eləsən səsi Avropa Məhkəməsindən gələr…
- Səsi yox, bağırtısı! İnanıram, hətta fiziki zor tətbiq edər adama… Yaxşı, o qalsın! Həm də bu heyvərə olmasa, idarəmizi idman yarışlarında kim təmsil edəcək? Rüstəm Zalovun sayəsində güləşmə, yumruqlaşma, dəmirqaldırma, avarçəkmə, çəkic tullama yarışlarında biz həmişə qabaqda oluruq, mükafat alırıq. Qalsın, qalsın…
- Əlbəttə qalsın! Zalov bizim ən yaxşı donorlarımızdandır. Qanvermə kampaniyası olanda çağırıb göndəririk, bizim əvəzimizə də qan verir. Həkimlər hər dəfə 50 qram əvəzinə, yarım litr qan çəkirlər ondan, heç vecinə də olmur. Gəlib yeməkxanada on beş soyutma yumurtanı bir oturuma yeyib durur, fit çala-çala gedir.
- Yaxşı bəs kimi? Bəlkə Qələmovu ataq bayıra?
- Müxbir Qələmovu? Siz nə danışırsınız? Ona toxunsanız onun bağırtısı lap BMT-dən gələr ki?! Həm də axı o Sizin qəzetə məqalələrinizi, müsahibələrinizi, bütün iclaslarda çıxışlarınızı yazan adamdır, kim əvəz edəcək onu? Bu demaqoq isə özü yazır, özü yığır, özü çap edir, özü aparır, çapa verir, qəzeti tapıb gətirir… Siz ancaq yazınıza imza atırsınız… Yox, lazımlı adamdır. Keçən il yadınızdadır, Qələmov məzuniyyətə getmişdi, Sizə qəzetdən sifariş gəldi, yazan olmadı. Axırda əlacsız qalıb öz məqalənizi özünüz birtəhər cızmaqara elədiniz… Düz yarım ay idarədə bütün başqa işlər donduruldu… Məncə müxbirə toxunmaq olmaz! Qanun da buna icazə vermir…
- Siyahıya baxıram, bəs kimi axı? Bu yox, o yox, obiri yox… Hə, budur, Quqquluqu… Bəlkə Quqquluquyevi çıxardaq getsin? Avara-avara gəzir, havayı maaş alır. Necə bilirsən?
- Əstafürullah, müdir! Quqquluquyevlə işiniz olmasın. Yetim adamdır, heç kimi yoxdur. İşdən çıxartsanız, başqa yerdə onu işə götürən olmayacaq. Maymağın, əfəlin, bacarıqsızın biridir, yoluq xoruz kimi boğazı uzana qalar acından. Ahı tutar adamı!
- Onu düz deyirsən, yetimin gözü onun-bunun əlində olur həmişə. Şərini bizdən uzaq eləsin… Bu heç. Onda başını işlət, adam ver, axşama kimi ad verməliyəm Baş idarəyə. (Siyahıya baxa-baxa) Burda bir Alovlu var. Verək onu?
- Kimi, Alovlunu? Nə danışırsız, müdir? Onun atasını tanımırsınız? Bizim Ərazi Yanğınsöndürmə idarəsində növbə rəisidir.
- Olsun da! Getsin yanğınını söndürsün. Gündə bir yeri yandırırlar. Onun atasından bizə nə?
- Heç nə! Sadəcə, biz onun oğlunu işdən çıxartsaq, o da gəlib otaqlardakı bütün tok plitələrini, tok çayniklərini, tok samovarlarını, tok qızdırıcılarını çıxardacaq. Üstəlik də aktlaşdırıb “en” qədər sayğac pulu, cərimə pulu yazacaq. Qalacayıq çaysız, xörəksiz, soyuq otaqlarda… Və bayramlarda mükafatsız. O kişi oğluna görə buralara hərlənmir, nəzərə alın.
- Bəs mən başıma haranın daşını salım axı? Onu yox, bunu yox… Paraya dəymə, bütövü kəsmə, doğra doyunca ye… Necə yeyim?! Nəyi yeyim? Hansını yeyim?
- Toxucuyevanı yeyin... Verin onun adını, qoy getsin çala-çala… Əlindən başqa bir idarə işi də gəlmir. Havayı maaş alanlardandır.
- Olmaz.
- Niyə olmaz?
- Ona görə olmaz ki, Toxucuyeva kimin şeyi… zadı… adamı olduğunu sən bilmirsən axı? Toxucuyevanı ixtisara salsaq, onu burda saxlayan adam da bizim özümüzü ixtisara salar… Bəri bax, o yan sexdə bir başqa qız var e, sakit, başıaşağı, fağırın biridir… Arpalıdır, Buğdalıdır nədir? O necə? İxtisar etmək olar?
- Yox.
- Niyə?
- Çünki Bağdalıbəyzadənin qızı tabeliyində olduğumuz nazirlikdə nazirin katibəsinin oğul nəvəsi ilə eyni bağçaya gedir.
- Anlamadım. Getsin də, uşaqdır, nolsun?
- O olsun ki, həmin o Bağdalıbəyzadənin uşağına görə nazirlik bizim idarəyə indiyədək bir ev, bir bağ, bir maşın, bir dəst də mebel ayırıb… Özünüz bilirsiniz, hamısı Sizdədir. İndi bu hörmətin əvəzinə hörmətsizlik edib uşağın anasını işdən çıxartsanız, xəbər gedib nazirliyə çatacaq, nazirin katibəsi biləcək, katibə bildi - nazir bildi… və sair, və ilaxır… Ən azı verdiklərini geri alacaqlar. Üstəlik…
- Yaxşı, yaxşı, aydındır! Yadıma düşdü, uzatma! Bəs nə edək axı? Kimi ixtisara salaq ki, bizə problem yaratmasın? Kimin üstünə barmağını qoyursan, qəmbərqulusu çıxır. Özü də deyim ki, çox əsaslı, obyektiv, fundamental qəmbərqululardır ha… Bay, bay, bay, tapdım: əsaslı təmir şöbəsindəki Qəmbərov Qulunu çıxardaq getsin. Fəhlə adamdır, adamsız-yiyəsiz…
- Qətiyyən! Nəbadə! Heç düşünməyin! Qəmbərov Qulu başıdaşlı bu idarədə yeganə işləyən adamdır. Bədbaxt səhər saat 8-də gəlir sexə, axşam saat 8-ə kimi çalışır. Yaxır, yayır, suvayır, çəkir, ölçür, biçir, düzür, qoşur, tikir, sökür, aparır, gətirir, düzəldir… Özü də naharsız-fasiləsiz, yeməksiz-içməksiz… Deyir kreditim var, məcburam… İdarənin bütün ağırlığı onun çiynindədir, çox vicdanlı adamdır. Hətta xəstə olanda da bülletenə çıxmır ki, kreditim gecikər, bank faiz qoyar… İdarənin bütün yükünü çəkir yazıq. Onun sayəsində otura bilirik burda. Yoxsa daş-divar başımıza uçar. İndi Qəmbərov Qulunu çıxardaq, bəs kim işləsin?
- Noldu ta? Heç kimə toxunmaq olmaz. Yəni bir artıq adam yoxdur bu idarədə?! Belə çıxır, hamı lazımlıdır?
- Belə çıxır yox, belədir, müdir! Hərə bir səbəbə görə lazımdır.
- Bəs mən familiya verməliyəm axı Baş idarəyə. İndi hər yerdə ixtisarlar gedir. Tapşırıq var biz də bir adamı ixtisar edək... Gözə kül üfürmək üçün də... Göstərmək üçün ki, guya bizim idarə də, sən demişkən, dəstədən geridə qalmır, filan-beşməkan... Başa düşürsən də?
- Bəli, bayaq dediniz, başa düşmüşəm artıq.
- Ağıllısan da, ona görə məni dərhal başa düşürüsən! Burda səndən başqa hamının bir arxası, arxasında adamı varmış, ya daşdan keçən səbəbi varmış… heç kimə toxunmaq olmazmış… Öz müavinimdən başqa heç kimə! Onu ixtisar etməliyəm indi? Amma… əslinə qalanda, mənə heç müavin lazım deyil. Neynirəm müavini? Düzdür? Özüm öz işimi aparıram. Elə deyil? Sən ağıllı adamsan, nə deyirsən? Noldu… Niyə susdun?
- Daha nə deyim, müdir? Bütün bildiklərimi onu-bunu müdafiə etməyə sərf elədim. Özümü müdafiə üçün sözüm qalmadı. Siz necə məsləhət bilirsinizsə...
- Afərin! Bax, ona görə həmişə deyirəm ki, sən ağıllı adamsan! İdarənin mənafeyini düşünən sadiq adamsan! Yaxşı… Demək bu məsələ də həll olundu. Yenə sənin sayəndə, sağ ol! Onda dur get yır-yığış elə, mən də gedim Baş idarəyə ixtisar siyahısına sənin adını yazdırım.
27.X.2024
(1989-cu ildə Azərbaycan Radiosu üçün yazdığım səhnəciyin yeni redaksiyası.)
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ƏLİ
Bölməyə aid digər xəbərlər