20:02 / 15-09-2025
Payız “Ulduz”u görüşünüzə gəlib - Foto
19:24 / 15-09-2025
Xalq artistinin nəşi Azərbaycana gətiriləcək
18:04 / 15-09-2025
İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
18:00 / 15-09-2025
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb
17:51 / 15-09-2025
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
17:49 / 15-09-2025
"Benfika"nın baş məşqçisi: "Qarabağ"la matçda 3 xal qazanmağı hədəfləyirik"
17:37 / 15-09-2025
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
17:30 / 15-09-2025
Azərbaycan INFE-yə tamhüquqlu üzv olub
17:20 / 15-09-2025
"Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək
16:57 / 15-09-2025
İş adamı Vüsal Abbasov həbs edilib
16:52 / 15-09-2025
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur
16:39 / 15-09-2025
Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verib
16:09 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu təltif edib - (Yenilənib)
15:58 / 15-09-2025
Əli Əsədov sərəncam imzalayıb
15:55 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - Yenilənib
15:27 / 15-09-2025
Prezident Qarabağda dörd kəndin sakinləri ilə görüşüb - Yenilənib
15:11 / 15-09-2025
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15:07 / 15-09-2025
Ruslar daha bir yaşayış məntəqəsini işğal edib
15:00 / 15-09-2025
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
14:54 / 15-09-2025
70 yaşlı müğənni: "Xalq artisti adı istəyirəm"
14:44 / 15-09-2025
Nazirliyin Aparat rəhbəri vəzifədən azad olunub
14:36 / 15-09-2025
Rusiyanın NATO sərhədlərini pozmasına səbəb nədir?
14:18 / 15-09-2025
Zeynəb Xanlarovanın nəvəsinin toyu olacaq
13:58 / 15-09-2025
Keyt Kelloq: Rusiya müharibəni uduzur
13:49 / 15-09-2025
Qərbi Azərbaycan İcması "Qərbi Azərbaycan TV" ilə bağlı məlumat yayıb
13:48 / 15-09-2025
Rusiya sərgi tankını cəbhə xəttinə göndərir
13:38 / 15-09-2025
Prezident Ərdoğan Qətərə gedib
13:13 / 15-09-2025
Masazırda 57 yaşlı kişini "tok" vurub
13:03 / 15-09-2025
Zakir Həsənov Bakıda Türkiyə Baş Qərargah rəisini qəbul edib
13:02 / 15-09-2025
Qarabağda ermənilərin gizli silah anbarları var
06:10 / 11-09-2025

13:31 / 11-09-2025

20:48 / 13-09-2025

21:32 / 10-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

09:46 / 11-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

10:33 / 11-09-2025

İqtidarsız iqtidar üçün güzgü - Akif Əli yazır
Tarix: 24-02-2021 19:42 | Bölmə: Akif Əli

Akif ƏLİ,
Əməkdar jurnalist,
fəlsəfə doktoru,
yazıçı-publisist.
Xocalı soyqırımı - 29
(pamflet)
Bir zamanlar Qanlı Yanvar ərəfəsində gözünü yumub qulağını şəkləyən, xalqın faciəsindən dərhal sonra əli xalqın qanına batmış Mişa Qorbaçovun hüzuruna qaçıb “uğurla” hesabat verən, Azərbaycanda “iqtidar” təyin olunmaq yarışına girən adamlar var idi. İndi o adamlar xalqın alın təri ilə yaranan büdcədən ayda “N” qədər pul alıb rahatca güzgülənir və arada “görkəmli dövlət xadimi” adına mətbuata mənasız şərhlər, başqalarının fəaliyyətinə dair saxta “konyuktur qiymətləndirmələr” verirlər...
Bu uzun ağır cümləni oxuyanda belələri olsa dərhal “qızışmağa” və “saqqız çeynəməyə” tələsməsinlər. Çünki biz tülküsifət oğru, dələduzların trollarından bəs qədər şər-şəbədə, şantaj, böhtan və qarayaxmaya qarşı “immunitet peyvəndi” görmüş adamlarıq. Daha saxtakarların çığır-bağırtısı (indi özünü “mətin istiqlalçı” kimi qələmə verib zaman-zaman “çı-çi-çu-çü” olaraq hər dönəmdə vəzifə-orden-medal-titul alan nağarakimilərin Azadlıq meydanına tərəf yuxarı məhlənin pəncərəsindən baxıb “Əclaf yenə kütləni dalına salıb gətirir!” deyərək qəliz söyüşlərə qərq etdiyi nəhəng istiqlal mücahidi şair Xəlil Rza demişkən), “vız gəliyor”! İkincisi də, saxtakarlar öncə təqdim edilən bu sitatı tam oxuyub sonra qızışsınlar, qızışa bilsələr.
Sitat dövlətə məxsus “Həyat” (indi “Azərbaycan”) qəzetinin 27 fevral 1992-ci il tarixli 41-ci sayındandır. Diqqətlə oxuyaq:

“Xocalıda vəziyyət haqqında
Azərbaycan Respublikası Prezidentinin Mətbuat xidmətinin məlumatı
Respublika Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, keçən gecə Xocalı bir neçə istiqamətdən şiddətli atəşə tutulmuşdur. Düşmənin zirehli texnikasının böyük qüvvələri şəhər üzərinə hücuma keçmişdir. Atəş və hücumlar bu gün bütün gün ərzində davam etmişdir. Nəticədə aeroport dağıdılmış, evlər yandırılmışdır. Yaralananlar vardır. İlkin məlumata görə, iki sakin həlak olmuşdur.
Şəhərin müdafiəçiləri və Milli Ordunun bölmələri düşmən basqınının qarşısını alır, onun saysız-hesabsız hücumlarını dəf edə bilirlər. Hazırda vəziyyət yenə də gərgindir. Lüzumsuz itgilərin qarşısını almaq məqsədi ilə əhalinin qismən köçürülməsi təşkil edilmişdir.
Xocalının erməni birləşmələri tərəfindən tutulması haqqında vahiməli şayiələr həqiqətə uyğun deyildir. Şuşanın hərbi komendantı Rəhim Qazıyev xəbər vermişdir ki, Xocalı müqavimət göstərir. O, erməni quldur birləşmələrindən tamamilə təmizlənmişdir. Mühasirəyə alınmış şəhərin müdafiəsini möhkəmləndirmək üçün tədbirlər görülmüşdür.
Bir-birinə qarşı duran tərəflər Qarabağda hərbi əməliyyatlar zonasında atəşi dayandırmaq haqqında razılığa gəlmişlər. Moratorium fevralın 27-də səhər saat 9-da qüvvəyə minir və martın 1-də səhər saat 9-dək davam edəcəkdir. Bu moratorium Qarabağ münaqişəsinin aradan qaldırılması sahəsində vasitəçilik vəzifəsini həyata keçirən İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin bölgəyə gəlməsi ilə əlaqədar elan edilmişdir.” (sitatın sonu)
***
Budur! Az qala hər cümləsi saxtakarlıqla yoğrulan bu mətn rəhbərlik tərəfindən şəxsən təsdiq edilməsə, mətbuata çıxmazdı. Bəzi müasir ictimai-siyasi şoumenlərin adətkərdə olduğu kimi, “eks”lər də deməsin ki, “mənim ondan xəbərim yoxdur”. Ona görə ki, bütün dünyada Mətbuat xidməti özfəaliyyət qurumu kimi deyil, mənsub olduğu Baş idarənin Başçısının Sözçüsü kimi fəaliyyət göstərir. Yəni rəhbərliyin iradəsini, mövqeyini, rəyini, fikrini, xətti-hərəkətini ifadə edir. Mətbuat xidməti adına mətbuata çıxan hər informasiyanın məzmununu şəxsən rəhbər özü müəyyən edir.
Xocalı faciəsi barədə ovaxtkı Prezidentin Mətbuat xidmətinin yaydığı sözügedən məlumat da birmənalı olaraq ali iradə və mövqeyin icrasıdır. Agentliklər, TV-RV-lər, qəzetlər yuxarıdan gələn bu mətnin nöqtə-vergülünə toxunmadan olduğu kimi yayıb.
Sözügedən məlumat isə xalqa qarşı saymazlığın, həqarətin, faciəyə biganəliyin və iqtidarın iqtidarsızlığının təzhürüdür. Rəhbərliyin situasiyadan bixəbərliyini, ölkəni idarə edə bilmədiyini, hadisələrin yedəyində sürünməklə yalnız sonradan vəziyyətdən çıxış üçün bəhanə axtarmaqda olduğunu və sadəlövhcəsinə xarici qüvvələrin əlində “oyuncağa” çevrildiyini göstərir. Dörd abzaslıq bu məlumatla erməni cəlladlarının Xocalıda törətdiyi dəhşətli soyqırım faciəsini təkcə öz xalqımızdan deyil, bütün beynəlxalq aləmdən də gizlədilməyə yönəlib. Onun mahiyyətinə sadəcə ayna tutaq, özləri də özlərini görsünlər:
1-ci abzas: “Respublika Daxili İşlər Nazirliyinə” istinadla verilən həmin məlumatın həqiqətə uyğun olmadığı onu deməyə əsas verir ki, ya DİN Prezidenti ciddiyə almayıb və ona istədiyi cür yalan məlumat verib; ya da Prezident özü onlara qarşı ciddi və prinsipial davranmayıb ki, aldatmağa cürətləri çatıb. Hər iki halda rəhbərlik yerində deyil. Belə olmasaydı, bir gecədə yer üzündən silinən və əhalisi amansızcasına məhv edilən şəhərdə cəmi “iki sakin həlak olmuşdur” deyə tükürpədici faciə haqqında əsil həqiqət gizlədilməz və ictimaiyyət aldadılmazdı. Xalqa yalan deməyin, aldatmağın, cinayəti bilərəkdən gizlətməyin məsuliyyətini iqtidar mənsubları ya anlamamış (yəni anlaqsız vəziyyətdə olmuş), ya da anlayaraq bilərəkdən yalan demişlər. Hər iki halda cavabdeh xalq qarşısında hüquqi məsuliyyət daşıyır. Ümuməm anlaqsızdırsa - iqtidarda olmamalı idi, anlayaraq yalan danışıbsa - Prokurorluq və Məhkəməyə cavab verməlidir.
2-ci abzas: “...hücumları dəf edə bilirlər”, “əhalinin qismən köçürülməsi təşkil edilmişdir” sözləri ağ yox, zil qara bir yalan idi. Çünki şəhəri tüfənglə, avtomatla müdafiə edən azsaylı könüllülər 366-cı rus-sovet alayının vəhşi kimi dördbir tərəfdən şəhərə daraşan tanklarının hücumunu elementar texniki baxımdan dəf edə bilməzdilər və bilməmişdilər. Əhalinin köçürülməsini demək isə çirkin sinizmdir. Guya hökumətin fəaliyyətini qabardan və xalqın qeydinə qalan iqtidar görüntüsü yaratmağa istiqamətlənib. Əslində görülməli olan işlər vaxtında görülmədiyi üçün sonradan yaranmış faciəli situasiyada öz çulunu sudan çıxartmaq üçün belə saxtakarlığa əl atılıb.
3-cü abzas: Buradakı “vahiməli şayiələr həqiqətə uyğun deyildir” sözlərinin özü həqiqətə uyğun deyil! Əslində vəziyyət o qədər “vahiməli” idi ki, hətta onun dəhşətli kabusu aradan keçən 29 ildə də eşidənləri vahiməyə salır. Xocalı faciəsini yaşamış zavallı insanlar danışanda özləri də tir-tir əsir, dinləyənlərinsə tükləri biz-biz olur. Bəs o doğru xəbərlərə hansı vicdanla “şayiə” demək olarmış?! Ancaq “həqiqətin ağzına daş basan” qorxaqlar bunu edər... Bu abzasdakı növbəti üç cümlənin də heç birində ümumiyyətlə sağlam məntiqi təfəkkür əlaməti yoxdur. Aydın görünür ki, DİN-lə olduğu kimi, burada da situasiya barədə xəbər verən “Şuşanın hərbi komendantı Rəhim Qazıyev” Prezidenti sadəcə aldadıb, yəni onu ciddiyə almayıb, ağlına gələni deməklə başdan edib. Fəqət ölkə idarə edən adamlardan soruşarlar, Xocalı şəhərində baş verənlərlə bağlı Şuşanın komendantına niyə istinad edilərmiş? Məgər Xocalıda dövlətin aidiyyatı qurumları, icra, hüquq-mühafizə və xüsusi xidmət orqanları yox idi? Var idisə, bəs niyə Xocalıda vəziyyət Şuşanın komendantından soruşulur?! Yox idisə, dövləti idarə etməyi öhdəsinə götürənlər niyə aylarla mühasirədə qalan Xocalı əhalisi üçün narahatlıq keçirmirdi?! Demək, şəhər həqiqətən də nəzarətsiz qalıb, taleyin ümidinə buraxılıb... Məlumatda yazılan “Xocalı erməni quldur dəstələrindən tamamilə təmizlənmişdir” sözləri bir daha ölkə rəhbərliyinin saxtakar simasını göstərir. Guya iqtidarın “lazımi işlərlə məşğul olduğu” görüntüsünü yaratmaqla onlar özlərinə bəraət qazanırlar. Fevralın 25-dən 26-na keçən gecə şəhər artıq yer üzündən silnmişkən, 366-cı motoatıcı alayın iştirakı ilə erməni hərbi birləşmələri aylarla mühasirədə baxımsız qalan Xocalıda qanlı faciələr törətmişdisə, bir gecədə dinc əhaliyə amansızlıqla divan tutularaq 613 nəfər qətlə yetirilmişdisə, meyitlər vəhşicəsinə təhqir olunmuşdusa, 1275 nəfər girov götürülmüşdüsə, 63 uşaq, 106 qadın, 70 qoca qətlə yetirilmişdisə, 8 ailə tamamilə məhv edilmiş, 155 uşaq valideynlərini itirmişdisə, bundan iki gün sonra - fevralın 27-də onun “müdafiəsinin möhkəmləndirildiyini” və “tədbirlər görüldüyünü” yazıb yaymaq nə böyük xəyanət! Dünyada hansısa iqtidarın öz mənafeyi naminə xalqa qarşı bu dərəcədə aşağılıq davrana biləcəyini təsəvvür etmək mümkün deyil. İnformasiyasız qalmasından istifadə edərək xalqı bu dərəcədə yalanlarla aldatmaq nə deməkdir - sağlam ağıl bunu anlaya bilməz! Bu cür davranışın yalnız bir səbəbi ola bilər: həmin soyqırımı törədənlərlə eyni amal və əməl birliyi! Bu günün sabahı olacağını nəzərə almamaq dövlət xadimləri üçün elementar siyasi korafəhimlikdir. Bu dünyada həqiqətin tez-gec üzə çıxdığı bəlli olduğu halda, onu gizlətməyə, yalana, saxtakarlığa əl atmaq da elementar nadanlıqdır! Rəhbərlikdə bunu düşünən olmamış, yox olan şəhərin “müdafiəsi möhkəmləndirilmiş”, “tədbirlər görülmüşdür” deyərək, iqtidarsız iqtidardakıların hamısı yalnız öz dərisini qorumaq barədə düşünmüşdür. Bu - tarixi saxtakarlıqdır.
4-cü abzas: Xocalı boyda faciənin törədilidiyi bir vaxtda “moratorium” barədə nağıl danışılması dəhşətli faciə içərisində məzlumanə bir komiklik görüntüsüdür. Xocalını od vurub yandıran, insanları güllə-baran edən, çöllərə səpələyən, deyilməklə təsvir oluna bilməyəcək vəhşiliklər törədən azğın düşmənə cavab vermək əvəzinə, özünü bu sayaq gülünc tragikomik situasiyaya salan başbilənlərin bölgəyə hansısa xarici məmurun gəlməsi ilə əlaqədar moratoriuma gediləcəyi ilə təsəlli tapması – acizlik, iradəsizlik, nəhayət, əfəllik əlamətidir. Üstəlik bunu fəxrlə camaata bəyan edərək guya “münaqişəni aradan qaldırmaq üçün çox mühüm işlər görüldüyü” görüntüsünü yaratmaq acınacaqlı durumun miskin mənzərəsidir.
Vəssalam. Göründüyü kimi, dörd abzasın dördü də yalan və saxtakarlıq üzərində qurulub. Məhz bu cür əfəl iqtidarların iqtidarsızlığı sayəsində 30 il əvvəl yuxarı Qarabağda qanlı hadisələr başlanmışdı, 20 Yanvar faciəsi, Xocalı soyqırımı baş tutmuşdu, Şuşa əldən getmişdi, Qarabağ az qala itirilmişdi... Şükr ki, nəhayət Ədalət Zəfər çaldı, igid Ordumuz düşməni iti qovan kimi qovdu, Şuşamız da, külli-Qarabağımız da qaytarıldı, çəpəl tayfa cəzasını aldı, qisas qiyamətə qalmadı!
...Bu ötəri araşdırmalarla demək istədiyimiz odur ki, güzgü tutduğumuz həqiqətlər ortada ikən, vaxtilə yalan satıb aldatdığı xalqın alın təri ilə yaranan büdcədən ayda “N” qədər pul alıb rahatca güzgülənən və arada “görkəmli dövlət xadimi” adına mətbuatı öz mənasız şərhləri ilə, başqalarının fəaliyyətinə verdiyi saxta “konyuktur qiymətləndirmələri” ilə dolduranlar hərdən sevimli güzgüyə də baxıb özlərinin nə böyük məsuliyyət daşıdığını xatırlasın. Və xalqdan üzr istəməyə cürəti olmur-olmasın, heç olmazsa sussun.
Böyük Mirzə Ələkbər Sabir demiş: “Lal ol və danışma, a balam!”
24.02.2021
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ƏLİ
Bölməyə aid digər xəbərlər