18:09 / 05-07-2025
Mingəçevirdə iki qayıq toqquşub - Beş nəfər xəsarət alıb
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
14:16 / 05-07-2025
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - Sərəncam
12:19 / 05-07-2025
“AzerGold”-un qiymətli metal satışından gəlirləri artıb
12:09 / 05-07-2025
Beş kollecə direktor təyin ediblər - Siyahı
12:04 / 05-07-2025
Sadiq Qurbanov: “Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın qələbəsidir”
10:36 / 05-07-2025
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - Video
10:35 / 05-07-2025
Türkiyəyə güclü qar yağıb
10:31 / 05-07-2025
Kürdə boğulan 19 yaşlı gəncin meyiti tapılıb
10:09 / 05-07-2025
Azərbaycanlı “qanuni oğru”lar barədə qərar verilib
09:26 / 05-07-2025
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb
19:49 / 04-07-2025
Şəmkirdə üç uşaq göldə batıb - Yenilənib
19:48 / 04-07-2025
İran prezidenti Qarabağa gəlib - (Yenilənib)
19:46 / 04-07-2025
Qərbi Azərbaycana qayıdışın hüquqi əsasları müzakirə olunub - Fotolar
19:14 / 04-07-2025
Ərdoğanı Füzulidən yola salıblar - (Yenilənib) - Foto
18:42 / 04-07-2025
İlham Əliyevlə İran prezidenti arasında görüş olub - Fotolar (Yenilənib)
18:35 / 04-07-2025
Ukrayna və ABŞ prezidentləri telefonla danışıblar
18:25 / 04-07-2025
Müsavat Rusiya səfirliyi qarşısında aksiya keçirmək istəyir
18:19 / 04-07-2025
DTX-nın saxladığı sabiq diplomatın məhkəməsi başlayıb
18:01 / 04-07-2025
Ali Məhkəmə inzibati mübahisələrə dair işlərlə bağlı qərar qəbul edib
17:42 / 04-07-2025
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
17:21 / 04-07-2025
Deputatlar daha 15 qanuna dəyişiklik edəcək - Siyahı
17:05 / 04-07-2025
Fransada “səssiz etiraz”: ABŞ demokratiyasına şübhə ilə yanaşırlar
16:59 / 04-07-2025
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
16:33 / 04-07-2025
ECO-nun növbəti sammiti İranda keçiriləcək
16:31 / 04-07-2025
Ərdoğan ilə Pezeşkian Xankəndidə görüşüblər
16:20 / 04-07-2025
Meyxanaçı azadlığa buraxılıb
16:17 / 04-07-2025
Azərbaycan diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
16:01 / 04-07-2025
Xankəndidə 17-ci Zirvə görüşü: ölkə başçıları mesajlar verir - (Yenilənib) - Fotolar
15:47 / 04-07-2025
Üç şəhidimiz Kəlbəcərdə dəfn edilib - Fotolar
21:03 / 30-06-2025

13:01 / 01-07-2025

13:16 / 02-07-2025

14:40 / 03-07-2025

07:52 / 01-07-2025

12:16 / 02-07-2025

19:48 / 04-07-2025

10:26 / 02-07-2025

15:33 / 02-07-2025

14:53 / 01-07-2025

16:55 / 02-07-2025

Cihazların söhbəti - Akif Əli yazır
Tarix: 29-04-2022 17:20 | Bölmə: Akif Əli

Akif ƏLİ,
Fəlsəfə doktoru,
Əməkdar jurnalist,
Yazıçı-publisist
Mətbəxin küncündə sakitcə işləyən Soyuducu narazı halda Televizora baxıb başını buladı.
Soyuducu: - Telik, ay Telik, biraz səsini al da, nolar, baş-beynim getdi!
Televizor: - Bay, sən kimsən mənə göstəriş verirsən?! Mənim sahibim var, pultum da sahibimin əlində, o necə istəyir, mən də o cür işləyirəm.
Soyuducu: - Biz də işləyirik da, gör heç səsimiz çıxır? Sənin sahibin mənim də sahibimdir, məni səndən az istəmir. Bilir ki, mən olmasam, o ac qalar... Sən isə boş-boş hay-küy salırsan, bir az aşağı elə...
Televizor: - Necə? Sən olmasan nolar?
Soyuducu: - Acından ölər adam...
Televizor: - Adə, ay buz yeşiyi, sən yox e, əslən mən olmasam o ac qalar! Sənin qidaların onun mədəsini doldurur, mən verdiyim isə ruhunu, qəlbini, mənəviyyatıni... Bu qidalar olmasa insan ölər.
Soyuducu: - Əksinə, sənin hay-küyün məhvə aparır onu. Mədəyə qida girməsə, ha beyinə qida yerit, qarın doymaz. Ac qarına isə nə mənəviyyat, ruh-filan, ay mavi Telik?
Televizor: - Paho! Ağ şimal ayısına bax da! Ə, sən hələ bilmirsən insan ruhdur, könüldür, mənəviyyatdır?! Yemək-içmək onun quru bədənini saxlamaq üçündür. O bədəni ki, bir gün yıxılıb öləndə çürüyüb torpağa qarışacaq... Amma ruh! Ruh əbədidir! İnsanın həyatı mənəvi qidaya bağlıdır, maddi qidaya yox, ey nadan! Sən hələ bunu başa düşməmisənsə, get özünü at metalloma!
Soyuducu: - Boş-boş danışma, sən lampalı dədənin goru! Mən iyirmi ildir bu evdə vicdanla çalışıram, yaxşı bilirəm ki, ərzaqları qoruyub saxlamasam, onlar xarab olar, adam yeməksiz qalar. O mütləq yeməlidir ki, yaşasın. Amma sənin havaya üfürdüyün o ziyanlı qidalar kişini büsbütün adamlıqdan çıxardırb, özün kimi robota çevirib.
Televizor: - Vay-vay-vay! Sən nə savadsızsan, a buzbala! Mənim gecə-gündüz fasiləsiz ötürdüyüm qidanı vaxtlı-vaxtında almasa, adamın həyatı puç olar, heyvana dönər, bunu bilirsənmi? Qarın doldurmaq hələ yaşamaq deyil, ay cahil cihaz! Bu işi heyvanlar daha yaxşı bacarır. Odey, Ayı dayı qarnını doldurub girir yuvasına, bütün qışı yatır. Nolsun? Qanmaz ayıdır ki var! Timsah ağa mədəsinə daş yığıb, suyun altına gedir və bu münvalla dörd yüz il yaşayır. O yaşamaqdır?! Yainki qarabala Qarğa bala, zibillikdə eşələnə-eşələnə iki yüz il yaşayır. Qarğabeyindir, vəssalam! Tısbağa xala da qoyun kimi başıaşağı otlaya-otlaya yüz ildi yol gedir... Bunlar yaşamaqdı?! Belə ömrün nə mənası?! İnsanın həyatı isə başqadır, ay avam! Onun həyatının mənası məhz mənəvi qida almasında, ruhunun, beyninin tərəqqisindədir... Adam ona görə bir ətək pul verib məni alıb bu evə gətirib ki, müasir adamdır! Yetgin insandır! Görmürsənmi bütün günü gözü məndədir! Mən ona dünyanı göstərirəm. Mən onun ağlının inkişafına xidmət edirəm... Bax, adama sonsuz Kainatdan danışıram, al-əlvan Kosmosdan xəbər verirəm, qara dəlikdən, qırmızı Marsdan, mavi okeanlardan söz açıram! Mənim sayəmdə adam aydan, ulduzdan xəbər tutur. Şimal qütbündən Cənubi Afrikaya qədər harda yeni şey var, hamısını göstərirəm! Hətta Günəşdə nələr baş verdiyini deyirəm. Adam bilməlidir Marsa kim uçacaq, Amerikada kim prezident olacaq, İravanda hansı qəbilə qalib gələcək?! O mütləq idman yarışlarını izləməlidir, dünya kinosunun şah əsərlərinə baxmalıdır, Oskar alanların adını bilməlidir... Ki, bir məclisdə söhbət düşəndə mal kimi gözünü döyüb baxmasın, kütləyə qoşulub fikir desin... Fikir vermirsənmi o məni alıb gətirəndən daha nə kitab oxuyur, nə qəzet-jurnal, nə kinoya-konsertə gedir, nə bir tədbirə-filana. Ancaq mənə baxır, çünki bütün mənəvi qidasını məndən alır! Mən ödəyirəm onun daxili tələbatını! Mən çalışdırıram beynin...
Soyuducu: - Saxla! O qırmızı Marsda, qara dəlikdə, ulduzda, günəşdə nə işi var adamların. Yer üzündə camaat acından ölür, sən göylərdən dəm vurursan. Pulu olanlar milyardları göyə sovuranacan, yerdəki milyardlarla ac, yoxsul, susuz, yeməksiz yetim-yesirin güzəranını düzəltməyə versin pulu... Olmaz? Lap yaxşı olar! Keçmişdə mənim babamın televizoru yox idi, qara dəliyi, qırmızı Marsı, mavi okeanı tanımırdı, yaşamırdı?
Televizor: - Əşi, sənin babanın heç soyuducusu da yox idi, nolsun? İndi camaat tərəqqi edib, irəli getməsin? Bu nə axmaq müqayisədir?
Soyuducu: - Axmağın səsi gəlir... Sən o lazımsız xəbərləri adamın beyninə doldurub xarab eləmisən deyə, indi daha heç bir faydalı işlə məşğul olmur da... Bütün günü boş-bekar divanda uzanıb sənə baxır. Guya kişi dünyanın gərdişi ilə maraqlanır! Pah! Amma öz evinin içindən xəbəri yoxdur. Kimin nəyinə lazımdır ayda-ulduzda nə var? Bunu biləndə adamın qarnı doyur?! O baxdı-baxmadı, Amerika da öz işində olacaq, Avropa da. Onlar çalışır-vuruşur, düzür-qoşur, quraşdırır. Başını qatdığın adam isə ac qarına oturub onları izləyir, pulunu-varını hesablayır. Ay nə bilim, harda kim prezident oldu, kim birinci milyoner oldu, kim Oskar aldı, kim Formulanı uddu, kimə Nobel düşdü... Kim çempion oldu, kim ən uzağa tullandı, kim neçə ton ağırlıq qaldırdı... Nə mənası var bunların?! Bunları biləndə adamın maaşı artır, ya vəzifəsi? Yoxsa Amerika, Avropa onlara baxan adamın cibinə pul qoyur? Ya çempion qazandığı milyonu bununla bölür?! Gör sən nə qədər mənasız işlərlə məşğulsan, camaatı da işindən-gücündən avara eləmisən... Səsini kəs!
Televizor: - Tfu sənə, başıboş soyuq çəllək! Sən nələr danışırsan, ay avam?!
Soyuducu: - Qışqırma! Səsin özünə xoş gəlməsin. Sözün düzünü dediyim üçün qızışırsan? Mən neçə illərdir bu evdə vicdanla işləyirəm, hələ rəflərimin tam dolu olduğu yadıma gəlmir. Həftədə beş-on yumurtadan, yarım kilo kolbasadan, pendirdən, qatıqdan başqa heç nə vermirlər soyutmağa. Çünki sən adamın başını elə qatırsan, durub iş-güc dalınca getməyə də ərinir. Üç gündür evdə ərzaq qurtarıb, saxladığım bir tikə şor-pendir, göy-göyərti tükənir, amma arvadı adamı divandan durğuzub marketə göndərə bilmir. Guya kişi məşğuldur: bu kanala baxır, çevirir o kanala baxır, birində kino qurtaranda, başqasında xəbərləri açır, bütün kanallarda eyni xəbərlərə baxıb qurtarandan sonra keçir seriallara, bütün serialları izləyib keçir konsertə, arada qulağını şəkləyib gözünü zilləyir düşük-düşük şoulara... Gecələr də elə şeylərə baxır, utandığımdan mən gözümü yumuram... Nə isə, sən bu evə gələndən evin bərəkəti qaçıb, adam adamlıqdan çıxıb. Gic olub qalıb sənin havaya püskürtdüyün “GOM” kanalların əlində...
Televizor: - O nədir? Məndə elə kanal yoxdur.
Soyuducu: - Var. GOM kanallar. Gop da Olsa Maraqlıdır kanalları...
Televizor: - Adə, sən nə qədər cahilsənmiş, a buzxana! Həqiqətən sənin bütün mahiyyətin donub, ay bisavad! Bu kişi müasir adamdır, dünya ilə həmahəng yaşayır, anlamırsanmı? Köhnə əyyamlar deyil ki, başını soxsun komasına, dünyadan bixəbər ancaq yesin-yatsın, yesin-yatsın, bir gün də yesin-yatsın və daha oyanmasın... Xeyr! Getdi o dövrlər! İndi bu kişi adam kimi adamdır! Müasir, mədəni şəxsdir! İntellektualdır! Eşitmisən belə şeyləri? Onun bazarlıqda nə işi? Arvad özü zibil atmağa gedəndə, dönsün xiyar-çörək də alsın, küçələr doludur. Belə xırda məişət işlərindən ötrü dağ boyda kişini yerindən tərpətmək insafdırmı? Gül kimi verilişləri qoyub getsin iyili-qoxulu pendir dalınca? Vay səni, buzbala! Sən anlamırsan ki, adam daim zənginləşir, mənəvi dünyasını yeniləyir, dünyagörüşünü artırır... Bəli, o bilməlidir yüz il sonra nələr olacaq, iki yüz il sonra onu nə gözləyir, min il sonra dünyanın aqibəti necə olacaq... Bunları məndən öyrənir! Müasir adam Şimal Buzlu okeanından xəbərdar olmalıdır ki, bilsin nəhəng aysberqlər hardan hara hərəkət edir, nə vaxt əriyəcək, bəşəriyyətin taleyi necə olacaq? Müasir mədəni insan mürgülü muğamı da dinləməlidir, anlamadığı caza, zəhlətökən simfoniyaya da qulaq asmalıdır. Nobel alan yazıçının adını bilməlidir, Formula yarışının qalibi olan sürücünü tanımalıdır. Mütləq tanımalıdır! İnsan bütün son xəbərləri izləməli, Çinin heyrətamiz inkişafını, Yapon texnolojisinin uğurlarını, Cənubi Koreya ilə Şimali Koreyanın fərqini bilməli, Rusiya ballistik raketlərinin trayektoriyasını izləməlidir. Alman qayda-qanunlarını, İngilis yumorunu, İran və Hindistan ədviyyatının fərqini bilməlidir. Braziliyada Peleni, İngiltərədə “Çelsi”ni, Türkiyədə Şenol Günəşi tanımalıdır insan... Hətta gecələr sən dediyin o məzələrə baxıb məzə də qırmalıdır müasir adam... Mütləq! Çünki o İnsandır! İnsan! Necə də vüqarla səslənir! Anla bunu, ay soyuq dondurma yeşiyi!
Soyuducu: - Bah, sən qızışıb kimin könlünü şad eləmisən, ay mavi Telik? Əksinə, bu boyda adamı böyrü üstə qoymusan! İşini-gücünü atıb gözünü dikib sənə. Bu gün-sabah lağ elədiyin buz dolabında saxladığım olan-qalan yeməyi qurtaranda, adamın qarnını sən doyuracaqsan? Gecə-gündüz havaya üfürdüyün əttökən verilişlərinlə ona ət verəcəksən? Ay-hay... Mən qoruduğum ərzaqlar olmasa adam acından günorta durar! Və duranda sənin verilişlərinə baxmağa heyi olmaz... Nə futbola baxanda bağıra bilər, nə də sənun şit şərhlərinə gülməyə halı qalar... Birdəfəlik bil, adamın həyatı üçün zəruri olan ərzaq təminatçısı mənəm! Yağını, pendirini, kolbasa-sosiskasını bircə gün saxlamaqdan imtina etsəm, həyatı sönər! Amma sənin “qoluboy” sifətinə aylarla baxmasa da onun həyatında heç nə dəyişməz! Və dünya da dağılmaz! Milyon ildir öz yolu ilə getdiyi kimi gedər dünya. İmkan ver adam dursun getsin özünə iş tapsın, evinə çörək gətirsin, o arvad yazıqdır. Səsini kəs, başa düş ki, məndəki qidalar olmasa, səndəki qidalar mənasızdır, ay bu evin ən mənasız cihazı! Əsas mənəm... Mən...
Televizor: - Xeyr! Qətiyyən! Bu evdə əsas mənim qidalarımdır! Həyat məndədir...
Soyuducu: - Xeyr...
Televizor: - Bəli, adamı yaşadan mənəm...
Soyuducu: - Xeyr, mənəm...
Televizor: - Bəli, mənəm..
Bölməyə aid digər xəbərlər

(alleqoriya)

Bu zaman işıqlar qəfildən sönür.
Televizorun və Soyuducunun səsi dərhal kəsilir.
SON.

Müəllifin bütün yazıları - Akif ƏLİ
Bölməyə aid digər xəbərlər